sehiyye.info

Yoqurtun 10 qızıl faydası.

Yoqurtun 10 qızıl faydası.
1-Vitaminlər-minerallar: Yoqurt kalium, fosfor,riboflavin,yod,sink və B12 vitamini baxımından zəngindir. Eyni zamanda yağda əriyən vitaminlər, görmə funksiyalarına qatqısı olan A vitamini və immunitet sistemini gücləndirən E vitamini ifraz edir.



2-Çəki itkisi:Tennessee Universitetində edilən bir araşdırmada, aşağı kalorili diyetlərinə yoqurtu əlavə edir və gündə üç qaşıq yağsız yoqurt yeyən insanların həddindən artıq kilo atdıqları,yoğurtsuz diyetada olanlarla nisbətdə yüzdə 22% daha çox arıqladıqları,yüzdə 61% daha çox yağ yandırdıqları təsbit edildi.
Yoqurt yeyənlərin,qarın bölgələrindən yüzdə 81% daha çox yağ yandırdıqları ortaya çıxdı.Yoqurtdan aldığımız kalsium,bədəndəki yağ itirilməsini sürətləndirir.

3-"Dost" bakteriya: Bir-çoxumuz bakteriya deyilincə bunun bədən üçün pis bir şey olduğunu düşünür. Ancaq yoqurt,bədənə dost bakteriyalar ifraz edir.Yoqurt kimi süd məhsulları bədənimiz üçün faydalı bakteriyalar "probiyotikler" ifraz edir.Bağırsaqlara faydalı qidalara "Probiyotik" qidalar deyilir. Probiyotikler, həzm sistemini rahatlaşdırır və immuniteti gücləndirir.

Yoqurtun 10 qızıl faydası.


4-Qan təzyiqi: Son edilən araşdırmalar süd və süd məhsullarının nizamlı istehlakının yüksək qan təzyiqi riskini azaltdığını göstərir.Araşdırmalara görə, gündə 2-3 qaşıq az yağlı süd məhsulu qəbul edənlər,heç qəbul etməyənlərə nisbətdə yüzdə 50% daha az yüksək qan təzyiqi riski daşıyır.

5-Toxluq hiss etdirər: Vaşinqton Universitetində aclıq, toxluq və sonrakı payda istehlak edilən kalori miqdarı ilə əlaqədar bir iş görüldü. Fərdlərə;yoqurt,şaftalı aromalı içki və şaftalı suyu,eyni miqdar olaraq verildi.Yoqurt yeyənlər digərlərinə nisbətən daha çox toxluq hiss etdilər.Yoqurt kimi zülalı yüksək qidalar, aşağı zülallı qidalara görə hər zaman daha doyurducudur.

6-Əzələ inkişafı: Sıx məşq çalışması sonrasında zülallarla zəngin olan bir yoqurt çox yaxşı bir seçimdir. Zülal,əzələlərin özünü bərpa etməsi üçün çox lazımlıdır.Ayrıca yoqurtda olan karbohidrat,ağır məşq sonrası əzələlərdə azalan qida ehtiyyatını doldurur.



7-Kalsium:Kalsium, güclü sümüklər və sağlam dişlər üçün əhəmiyyətlidir.Bədən kifayət qədər kalsium alanda bu maddə birbaşa sümüklər üçün istifadə edilir.Yoqurt kalsiumun çox yaxşı bir qaynağıdır amma az yağlı olanları daha çox kalsiuma malikdir.1 qab tam yağlı yoqurtda kalsium nisbəti 330 mg,1 qab yağsız yoqurtda kalsium nisbəti 350 mg-dır.

8-İmmunitet sistemi: Vyana Universitetindəki araşdırmaya görə, gündə 3-4 qab yoqurt yemək,xəstəlik və infeksiyalarla döyüşmədə rol oynayan "T hüceyrələri'ni daha güclü və aktiv hala gətirir.

9-Həzmi yaxşılaşdırır:Yoqurt hər yeməkdən sonra yeyiləcək bir süd məhsuludur.Hər yeməkdən sonra yeyilən 1 qab yoqurt həzmi yaxşılaşdırır və asanlaşdırır.



10-Osteoporoz: Sümüklərin kütlə şəklində itirilməsinə gətirib çıxaran,məşhur görülən sümük maddələr mübadiləsi xəstəliyinə deyilir.Osteoporoz-bəslənmə əlaqəsinə baxdığımızda, qarşımıza qeyri-kafi kalsium qəbulu və D vitamini çatışmazlığı çıxır.Yoqurtda kalsium və D vitamini kombinasiyası üstünlüyü vardır. Kalsium sümüklərin güclənməsini təmin edərkən,D vitamini kalsiumun bədəndə yayılmasına köməkçi olur.
P.S.Bəs siz necə,yoqurtu sevirsinizmi?



REKLAM