Hansı qoroskopun qaynanası daha pis qayınanadır.
Tez-tez biz gəlin qayınana münasibətlərindən danışırıq,Boşanmaların sayının artmasında qaınananın da rolu az deyil.
Sehiyye.info Rusiya mətbuatına istinadən Rusiyalı parapsixoloq Natalya Kolnevanın 4 bürcün qayınanaları haqqında olan fikirlərini sizə çatdırır.
İlk öncə Buğa bürcündən olan qadınlar öz övladlarını gəlinə qısqandığından gəlinə göz verib,işıq vermirlər.Parapsixoloqun sözlərinə görə buğa bürcünün qayıanası hər şeyə burnunu soxur,gəlinlə oğlu arasında nifaq salır,hər şeyə deyinir.Bu da onların təmizkarlıqlarından və övladlarına güclü məhəbbətindən irəli gəlir.Lakin bu bürc gəlinlər üçün heç də ürəkaçan deyil.
Bunun üçün gəlin gərək birinci buğanın buynuzundan yaöışa.Yəni özü zəng edib tez-tez qonaq çağıra,Onu tərifləyə,hədiyyələr verə.
İkinci sırada Əqrəblər gəlir.İlk baxışdan çox gözəl qayınanalardı,ər arvad münasibəti də idealdır.Amma hər şey birdən birə dəyişə bilər.Yəni qayınana sevgisi,nifrətə çevrilə bilər.Çünki ana oğlunun onu gəlinindən daha az istəməyindən qorxur.İstəmir ki,oğlu anasını yaddan çıxartsın.Ona görə birgə yaşayan ailələrə məsləhət olunur ki,qayınananı özlərilə gəzməyə aparsınlar,Hədiyyəni anasına öğlu alsın,Gül buketləri,konfetlər və s.Ana hiss etməlidir ki,oğlu onu arvadından çox istəyir,daimi diqqətdə saxlayır.
Xərçəng bürcünün qayınanaları sevimli ikinci ana və nənədir.Uşaqlar üçün təbii ki...tərbiyyə,şirniyyatların bişintisi və s.Siz qayınanadan yaxşı ola bilməzsiz.Nə qədər çalışsaz da,uşaqlar nənəsini sevəcək,əriniz isə onun bütün əsas işləri gördüyünü və onsuz sizin üçün çətin olacağını bilir.Siz isə bir iş görmək istəyərək önə keçmək istəsəz,həmən qayınana tərəfində vurulacaqsınız,Yəni sizi gözlənilmədən alçalda biləcək hərəkətlər gözləyə bilər.Ona görə də,xərçəng bürcündən olan gqayınanaların evdə lider olaraq qalmasına öyrəşmək lazımdır.Həm də bunun nəyi pisdir ki,uşaqlarla məşğul olur,yaxşı bişintilər bişirir,Tərbiyyə edir.Qayınanaya həmişə gülün və deyin ki,siz olmasaz bizim üçün çətin olar.Yaxşı ki,varsız.
Nəhayət 4-cü Şir bürcünun qayınanaları.Heç vaxt onlara özünüzü göstərməyin.Heç nə alınmayacaq.O sizdən ağıllı və gözəldir.O,həmişə sizdən çox bilir və sizdən yaxşı bacarır.Hətta oğlunun nə yeyib,içdiyini,nə geyindiyini o yaxşı bilir.Hər şey onunla məsləhətləşməlidir.Mərkəzdə olan qayınanadır.Bir sözlə evdə özünüzü boz siçan kimi hiss edəcəksiniz.Onun bişirdiyini yeməlisiz,onun bəyəndiyini geyinməlisiz.Səbirli olsaz ,ailəniz xoşbəxt olar.