sehiyye.info

Belqradda ana südü ilə qidalandırma ilə bağlı regional tədbir keçirilir (FOTO)

Belqradda ana südü ilə qidalandırma ilə bağlı regional tədbir keçirilir (FOTO)
1-5 iyul tarixlərində Serbiyanın paytaxtı Belqradda Azərbaycandan da nümayəndə heyətinin iştirak etdiyi tədbir keçirilir.
Hər bir uşaq lazımi qidalanma hüququna malikdir.
Sağlam qidalandırma uşaqların inkişafına kömək edir, beyinin inkişafına təkan verir, tədris potensialını gücləndirir, məhsuldarlığı artırır.

İnandırıcı sübutlar mövcuddur ki, körpələr və erkən yaşlı uşaqların ana südü ilə qidalanması uşaqların inkişafı üçün həlledicidir, eyni zamanda, yoluxucu xəstəliklərin inkişaf riskinin azaldılması üçün, həm ana, həm də uşaq üçün bu çox önəmlidir.

Bu o deməkdir ki, hər il doğulan uşaqların 4,3 milyonu uşaq həyatının ilk 6 ayı ərzində optimal qidalanmadan məhrum olurlar.
Piylənmə və artıq çəkinin sürətlə artan göstəricilərini nəzərə alaraq, regionda belə nəticə çıxarmaq olar ki, həyatın erkən illər ərzində lazımınca bəslənməmə azyaşlı uşaqların erkən yaşdan sağlamlığına mənfi təsir göstərir.
Marketdə satılan bəzi qida əvəzedicilərinə qarşı yalnız ana südü bütün dünyada əsas maneələrdən biridir.
Seminar iştirakçı ölkələrə aşağıdakı istiqamətlərdə zəruri bacarıqlar, bilik və potensialını inkişaf etdirməyə kömək edəcək:
Körpələr və erkən yaşlı uşaqları qidalandırmaq üçün optimal metodların təşviqi və qorunması, möhkəmləndirilməsi, monitorinq və milli normativ aktların tətbiqi və icrası Məcəlləsinin hazırlanması zərurəti.
Körpələr və erkən yaşlı uşaqların qidalanmasına lazım olan optimal üzrə kommunikasiya xətləri (BCC) vasitəsilə valideynlərin və ictimaiyyətin imkanlarından istifadə üçün ən yaxşı model və yanaşmaları tətbiq etmək.

Bu xidmətlərin keyfiyyətinin və əhatəsinin yaxşılaşdırılması üçün yol xəritəsinin müəyyənləşdirilməsi .



REKLAM