Bazarda 8 nəfəri güllələyən şəxsin fotoları yayıldı – FOTO
Bu gün səhər saatlarında Ağstafada bazarda qanlı cinayət törədən şəxsin görüntüləri yayılıb.
Sehiyye/info xəbər verir ki, Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfütı məhsullarının satış bazarında insanları güllələyən Elvin Süleymanov saxlanılıb.
Xat;rladırıq ki,Ağstafa rayonunda bazarda odlu silahdan açılan atəş nəticəsində xəsarət alanlardan birinin ayağı amputasiya olunub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə zamanı 1951-ci il təvəllüdlü Nüsrət Məhəmməd oğlu İsayev ayağından güllə yarası alıbmış. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Qeyd edək ki, Ağstafa rayon sakini, 1994-cu il təvəllüdlü Elnur Süleymanovun Ağsatafa rayonunun Böyük Kəsik kəndi ərazisindəki bazarda"Kalaşnikov" markalı avtomat silahdan atəş açması nəticəsində 4 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Faktla bağlı Ağstafa Rayon Prakurorluğunda araşdırma aparılır.