sehiyye.info

Üzgüçülüyün faydaları

Üzgüçülüyün faydaları
Üzmək heç bir əziyyət tələb etməyən bir idman növüdür. Formada qalmaq və sağlam həyat tərzi yaşamaqdır. Sözsüz ki, üzgüçülüyün faydaları ziyanından daha çoxdur.
Üzmək:
· Sümük xəstəliklərinin müalicəsində effektiv təsir göstərir,bütün əzələləri gücləndirir ;
· Stressi aradan qaldırır ;
· Astma xəstəliklərinə müsbət təsir göstərir ;
· Diabet riskini azaldır ;
· Artıq yağları əridir ;
· Gözəl bədən quruluşuna sahib olmağınıza kömək edir və s.

İnsan üzərkən vücudun bütün əzələləri hərəkət edir və bədəni yaxşı formada saxlayır. Eyni zamanda bədən oynaqlarınızı işlətdiyi üçün zamanla daha da elastiklik qazanaraq oynaq və sümük çıxıqları, qırılmaları kimi problemlərlə qarşılaşmamanıza kömək olar. Üzgüçülük o qədər faydalı bir idman növüdür ki, yaşlı nəsil də məşğul ola bilər. Hətta hamilə qadınlara da məsləhət görürlər. Selülitdən azad olmalarına,dərinin hamar və cavan qalmasına həmçinin doğuşdan sonra yaranan artq çəkidən qurtulmalarına kömək edir.



REKLAM