Dünya şöhrətli neyrofizioloqdan beyni gücləndirən və dərini cavanlaşdıran 12 qayda
50 mindən çox xəstənin beyin tomoqrafiyasını öyrənən neyrofizioloq Daniel Amen bildirib ki, beynin hansı vəziyyətdə olduğunu başa düşmək çox asandır. Bunun üçün sadəcə olaraq insanın üzünə baxmaq kifayətdir.
Sehiyye.info yerli mətbuata istinadən xəbər verir ki, mütəxəssis dərinin vəziyyətinin beyinlə oxşar və bir-biri ilə əlaqəli olduğunu iddia edib.
Əgər dərinin qırışmasını istəmirsinizsə, ilk növbədə beyin sağlamlığı ilə məşğul olmalısınız. Oxuyucuları neyrofizioloqun beyni gəncləşdirən və dərini cavanlaşdıran 12 qaydası ilə tanış edirik:
1. Beyin yaxşı yatanda dəri parlayır
Yaxşı yuxu cavanlaşdırır. Dəri hüceyrələrinin yenilənməsi, ölü dəri hüceyrələrinin təzə və yeni hüceyrələrlə dəyişdirilməsi yuxu zamanı sürətlənir. Yaxşı yuxu bütün gəncləşdirici kosmetikalardan və prosedurlardan effektli təsir göstrir. Yuxu zamanı dəri bərpa edilir və gün ərzində yığılmış toksinlərdən təmizlənir. Bədən hormonlarının balansı bərpa edilir və xəstəliklərin qarşısını alır.
2. Stressiz - hər şey hamardır
Daha gənc görünmək üçün stressi aradan qaldırın. Həyatınızdakı stressi azaltmaqla dəri vizual olaraq bir neçə yaş daha cavan görünməyə başlayır və yaşlanma prosesi ləngiyir. Stress hormonları nəzarət altında olduqda, dəridə daha az qırış və ləkələr görünür.
3. Qan dövranını yaxşılaşdırmaq üçün məşqlər
Qan dövranının sürətlənməsi ilə beyin və dəri qan dövranı yaxşılaşır. Hüceyrə yenilənməsi və kollagen artımı yaxşılaşır, mikro zədələr və dəri yaraları daha sürətlə sağalır. Bu, artmış qan dövranının təsirlərinin bir hissəsidir.
4. Hormonları balansda saxlayın
Qara nöqtələr, quru dəri, yağlı dəri, qırışlar, şişkinlik və sallanma - bütün bu əlamətlər bədəndə hormon balansının pozulması ilə bağlı ola bilər. Məsələn, estrogen hormonu yaşlanma prosesini zəiflədir, cildin elastikliyini qorumağa kömək edir. Estrogen sayəsində kollagen lifləri bir-biri ilə birləşərək elastiklik və hamarlığı təmin edən bir cür şəbəkə təşkil edir və dərini sallanmadan qoruyur. Yaşla əlaqədar olaraq estrogen səviyyəsinin azalması dəri toxumalarının zəifləməsinə gətirib çıxarır. Bədənin hormon balansını qorumaqla dərinin yumşaq, hamar və parlaq qalmasına kömək edəcəksiniz.
5. "Yaşamaq sevmək deməkdir" - daha çox sekslə məşğul olun
Yaxşı, müntəzəm seks estrogen və dehidroepiandrosteron kimi hormonların səviyyəsini artırır ki, bu da dərinin hamar və elastik olmasına kömək edir. Bir məzəli tədqiqata görə, müntəzəm sekslə məşğul olmaq 10 yaş cavan qalmaq deməkdir.
6. Kofein və spirti məhdudlaşdırın
Cildinizin yumşaq və elastik görünməsini təmin etmək üçün sidikqovucu içkilərdən qaçın.(Publika.az)