sehiyye.info

Hepatit C xəstəliyinin müalicəsi

Hepatit C xəstəliyinin  müalicəsi
Bizim yaşadiğımız coğrafi ərazimizdə geniş yayılan viruslardan sayılan hepatit A, B, D və C-dir. Bunlardan başqa, hepatiti əmələ gətirən digər virus növləri də mövcuddur. Əhalinin böyük əksəriyyətində hepatit A virusu var. Sarılıq xəstəliyini məhz, elə hepatit A virusu yaradır. Qısa bir müddət ərzində hepatit A-ya qarşı təbii immunitet yarandığı üçün xəstə tezliklə sağalır. Hepatit A-ya yoluxma ehtimalı uşaq yaşlarinda daha çox olur. Hepatit viruslar arasında ən təhlükəlisi və sıx yayilani isə B və C-dir. Hepatit B və C virusları gara ciyərdə ciddi zədələnmələrə səbəb ola bilir ( garaciyər serrozu, qaraciyər xərchəngi və s). Yayılma tezliyine görə ise B virusu daha da ustunluk təshkil edir.
Hepatit virislarinin yayilmasina gəldikdə, qeyd etmək lazimdir ki, hepatit A dan başqa bu viruslar əsasən qan vasitəsi ile yayilir. Lakin, Hepatit A esasen alimentar (qida) yolu ilə ötürülür. Onu da qeyd etmək lazimdir ki, hepatit B ve C viruslarinin cinsi yolla keçmə faizleri de var. ( C 3%, B 30% - dək) Bundan başqaƏ, zəmanəmizdə son vaxtlar Hepatit B-nin tər, öpüş, qab-qacaq vasitəsilə xəstəliyin yayılması sürətlə artır. Bizə müraciət edənlər arasında belələri azlıq təşkil etmir.
Hepatit B-ni C virusu ilə müqayisədə daha xoş virus hesab etmək olar. Bu virusdan qorunmaq üçün peyvəndlər mövcuddur. 2000-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilatı bütün ölkələrə tövsiyəsində virusa qarşı peyvəndlərin aparılmasının vacib olduğunu vurğulayıb.
Hepatit C isə, nisbətən cavan virus olduğu üçün onun gedişatı daha çətin və aydın olmayanıdı. Bu virus 1989-cu ildə aşkarlanıb. Hepatit C əleyhinə yeni preparatlar var. Təəssüflər olsun ki, hazırki dönəmdə bu virusa qarşı vaksin mövcud deyil.
Hepatit xəstələrinin müalicəsi insanlara ve viruslara gore fərqlənir. Ona görə də, mualicənin təşkilinin də mühüm rolu var. Xəstələr var ki, altı aydan bir nəzarətdə olur, müalicəyə ehtiyacı var. Elələri var ki, heç müalicəyə də ehtiyacı yoxdur.
Ehtiyyatlı olmaq və maariflənmək lazımdır.Belə virusların yayıla biləcək mənbələrdən özünü qorumalısan. Çalışmaq lazımdır ki,bu kimi viruslara yoluxmayasan.
Həkim terapevt- Rəşad Məmmədxəlilov.
Hepatitlər
Hepatit B
Hepatit C
Qaraciyərin piy distrofiyası
Qaraciyərin digər xəstəlikləri
Sarılıqlar

Bakı ş., Akademik Həsən Əliyev 29,
New Med Klinikası
(+99412) 440-40-25,
(+99455) 440-40-25,
(+99470) 733-00-30



REKLAM