ÜST HƏYACAN SİQNALI çalır - Yaxın 30 ildə...
Ümumdünya Səhiyyə təşkilatı xəbərdarlıq edir.
Sehiyye.info xəbər verir ki, təşkilat dünyada sürətlə yayılan unutqanlıq probleminin kütləvi insan faciəsinə çevrilə biləcəyini deyir.
Bildirilir ki, insanlar nizamlı şəkildə idman edərək, siqaret və spirtli içkidən imtina etməklə, həmçinin normal çəkidə qalmaq şərtilə, qan təzyiqi və qanda şəkərin miqdarının səviyyələrini qoruyaraq unutqanlığın yayılma riskini azalda bilərlər. Unutqanlığın ən güclü risk faktoru yaşdır. Lakin yaşlanmanın unutqanlığın təbii və qaçınılmaz nəticəsi olmadığı vurğulanır.
Təşkilatın baş katibi Tedros Adhanom verdiyi açıqlamada növbəti 30 ildə unutqanlıqdan əziyyət çəkən insan sayının 3 qat artacağını gözlədiklərini deyib.
Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, unutqanlıq dünyada ən sürətlə yayılan sağlamlıq problemlərindən biri halına gəlib. Qlobal miqyasda bu xəstəliyin daşıyıcılarının sayı 50 milyondur. Bu rəqəm hər il daha 10 milyon artır. Təşkilatın təxminlərinə görə, unutqanlıq dünya iqtisadiyyatına 2030-cu ilə qədər 2 trilyon dollara zərər vuracaq.
Unutqanlığın ən çox rast gəlinən forması Alzaymerdir. Bu xəstəlik gündəlik aktivliyin azalması və bacarıqların məhdudlaşması ilə ortaya çıxan nevro-psixiatrik simptomlardan ibarətdir.
Beynəlxalq Alzaymer Xəstəliyi Qurumu (ADİ) və Yaşlanma üzrə Qlobal Koalisiyanın (GCOA) indeksinə görə, 2050-ci ildə unutqanlıqdan əziyyət çəkənlərin 70%-i inkişaf etmiş ölkələrin payına düşəcək.(Publika.az)