Melaniya Trampın sağlamlıq sirləri – Xüsusi kokteylinin RESEPTİ
49 yaşlı Melanya Tramp ideal bədəni, cazibədarlığı, sağlamlığı və zövqü ilə dünya qadınlarının stil ikonasına çevrilib.
Sehiyye/info medicina.az-a istinadən ABŞ prezidentinin sevimli arvadının gözəllik və pəhriz sirlərini təqdim edir.
Melaniya milyarder xanımı olsa da bahalı idman zallarında fitnes, trener, adlı-sanlı dietoloqların xidmətindən yararlanmağı sevmir və belə yerlərə vaxtını sərf etmir.
O, illərdir qarşısında qoyduğu bir neçə ciddi qaydaya əməl edir.
-Arada bir burqer, kola, qızardılmış toyuq yesə də, o sağlam qidalanır. Səhərlər yulaf sıyığı, tərəvəz, meyvə smuzisi qəbul edir. Gün ərzində balanslaşdırılmış, sağlam qidalanır.
"Sağlam qida məndə enerji yaradır, özümü çox yüngül hiss edirəm".
-Melaniya gündə 7 ədəd müxtəlif tərəvəz və meyvəni mütləq yeyir. Bunlar ayrı-ayrı ərzaqlar ola bilər. Amma mütləq 7 ədəd olmalıdır
-Gün ərzində özünün xüsusi kokteylini içir. Onu yanında da gəzdirir. Tərkibində buğda cücərmişi suyu, limon,su, nanə vardır. Dediyinə görə, bu su turşu-qələvini normada saxlayır, metobolizmi gücləndirir.
-Həftədə 3 dəfə balıq və dəniz məhsulları yeyir
-Arada tünd şokoladın dadına baxır
-Şəkər tərkibli qidalardan uzaqdır
-Model karyerası dövründən günə 2,5 litr təmiz su içmək vərdişindədir
-Pilates və yoqa ilə məşğul olur, həftədə 2 dəfə üzür
-Birinci ledi kimi Ağ evdə şef-aşpazın işinə nəzarət edir, bostanda bitki, göyərti və tərəvlərin yetişdirilməsi ilə məşğul olur.
-Üzünə botoks etdirməyin əleyhinədir. Ona görə qırışları var. Oksigen tərkibli prosedurları sevir. Orqanik kosmetik vasitələr seçir.
-Melaniya hesab edir ki, qadının gözəl və sağlam qalmasının sirri onun yuxusunda və emosiyalarındadır. Daxilən qadın nə qədər rahat, şən olsa, bir o qədər gənc qalır.