sehiyye.info

Elmi-Tibbi Şuranın növbəti iclası keçirilib (FOTO)

Elmi-Tibbi Şuranın növbəti iclası keçirilib (FOTO)
Elmi-Tibbi Şuranın növbəti iclası keçirilib (FOTO)
11 mart 2019-cu il tarixdə Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının növbəti iclası keçirilib. İnnovativ inkişafın dəstəklənməsi sahəsində görülən və görüləcək işlər, tibb müəssisələrinin akkreditasiyası, Davamlı Tibbi Təhsilin tətbiqi, etik komitənin strukturu və aparıcı fəaliyyət prinsipləri və s. bu kimi məsələlər iclasın gündəliyinə daxil edilib.



İclasda Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Rahim Əliyev, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Qəhrəman Haqverdiyev , Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov gündəliyə daxil edilən mövzulara dair məruzələrlə çıxış ediblər.



Oqtay Seyidbəyovun sədrliyi ilə keçən iclasda innovativ inkişafın dəstəklənməsi sahəsində görülən və görüləcək işlər, tibb müəssisələrinin akkreditasiyası Elmi-Tibbi Şura tərəfindən müsbət qiymətləndirilib.



Eləcə də İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən tətbiq olunan Finlandiya protokollarına rəy verilməsi üçün aidiyyəti üzrə mütəxəssislərə yönədilməsi qərara alınıb.



Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatı

Elmi-Tibbi Şuranın növbəti iclası keçirilib (FOTO)
Elmi-Tibbi Şuranın növbəti iclası keçirilib (FOTO)
Elmi-Tibbi Şuranın növbəti iclası keçirilib (FOTO)



REKLAM