Səidə Sultandan hakimə sərt çağırış: "Camaatın balalarını bədbəxt etməyin"

Səidə Sultan uzun fasilədən sonra sosial media paylaşımı edib.
Sehiyye/info xəbər verir ki, ifaçı bir neçə gün əvvəl Bakıda 4 uşaq atasının hamilə iti döyərək balkondan aşağı atması və öldürməsinə münasibət bildirib.
.
Səidə Sultan hadisə ilə bağlı vətəndaşa 25 sutka inzibati həbs cəzası verilməsini qınayıb:
"Buradan qərarı verən hakimə səslənirəm ki, bu, açıq-aydın cinayətdir. İndi heyvana edib, gələcəkdə insana da edə bilər. Ailəsi ilə maraqlanmısınızmı? Bəlkə bu cür zorakılıqları evdə ailəsinə də edir? İnsan olaraq bildirirəm ki, belə manyakları çölə buraxmayın. Camaatın balalarını bədbəxt etməyin. Bunlara 2-3 il iş kəsilməlidir. Dərs almalıdırlar ki, bir də o hərəkəti etməsinlər".//yenisabah