Onkoloji xəstəliyi qabaqcadan bilmək olurmu ? Həkim məsləhəti
![]()
Son illər Azərbaycanda onkoloji xəstəliklərdən əziyyət çəkənlərin sayı artmaqdadır. Hətta gizli gedən prosesdən təxminən 3-4 ay sonra xəstə həyatını itirir.
Bəs nə edək ki,bu xəstəliyi əvvəlcədən bilək və ya profilaktik tədbirlər görməliyikmi ?
Sehiyye.info bu suallara aydınlıq gətirməküçün tanınmış həkim terapevt Nərminə Abbasovanın fikirlərini öyrənməyə çalışdı.
Xərçəng və ya onkologiya, zəifləmiş immun sistemi ilə müşayiət olunan hüceyrə bölünməsinin pozulması nəticəsində yaranan bir xəstəlikdir. Xərçəng hüceyrələri sürətlə bölünür və nəticədə mənşəyindəki toxuma təsir edən, ətrafdakı strukturlara böyüyən, onları məhv edən və/və ya sıxışdıran və metastaz yolu ilə digər orqanlara yayılan bir şiş meydana gəlir.
Xərçəng orqanizmin hər hansı hissəsində özünü büruzə verən yüzdən çox xəstəliyin ümumi əlaməti ola bilər. Xərçəngin tipik əlamətlərindən biri anomal hüceyrələrin sürətlə inkişaf edərək öz əhatə dairəsini genişləndirməsidir. Həmin proses metastaz adlanır və xərçəngdən ölümün əsas səbəbi sayılır.
Xərçəng xəstəliklərinin yaranma səbəblərini hələ ki, müəyyən etmək mümkün olmasa da, erkən müdaxilə nəticəsində həmin xəstəliklərin təxminən üçdə bir hissəsinin inkişafının qarşısını almaq olur. İlkin mərhələlərdə xərçəng şişinin aşkar edilməsi onun uğurlu şəkildə müalicə edilməsini mümkün edir. Lakin mütəxəssislər onu da xəbərdarlıq edirlər ki, xərçəngə yoluxma hallarının 40 faizə qədərinin qarşısını almaq mümkündür. İlk növbədə, bədxassəli şişlərin əmələ gəlməsinə səbəb olan tütün tüstüsünün tərkibində olan kansoregen maddələrdən uzaq olmaq lazımdır. Xərçəngin əksər növlərində xəstəliyin vaxtında aşkarlanması və düzgün aparılan müalicə nəticəsində sağalma ehtimalı çox yüksəkdir.
Xərçəngin növləri
Şişlərin təsnifatı onların yerləşməsindən asılıdır. Onlar aşağıdakı kimi yerləşə bilər:
yuxarı tənəffüs yollarında;
mədə-bağırsaq traktında;
dəridə, sümüklərdə və yumşaq toxumalarda;
hematopoetik və limfa sistemlərində;
genituroiner sistemdə;
beyində və onurğa beynində;
başda (beyin xaric) və boyunda;
qadın reproduktiv sistemində.
Şişin hüceyrə quruluşundan asılı olaraq, aşağıdakı xərçəng növləri fərqləndirilir:
karsinoma: epitel hüceyrələrindən ibarətdir;
leykemiya: qan hüceyrələrinin çoxaldığı yer;
melanoma: dəridə piqment hüceyrələrindən ibarətdir;
sarkoma: birləşdirici toxumadan ibarətdir;
limfoma: limfa hüceyrələrinə təsir göstərir;
qlioma: beyin hüceyrələrindən ibarətdir. Tibb mütəxəssisləri "xərçəng" terminini yalnız birinci tip şiş üçün istifadə edirlər, lakin tibbi/elmi ictimaiyyətdən kənarda, bu termin həm də hər hansı bir bədxassəli yenitörəməyə istinad etmək üçün istifadə olunur.
Xoşxassəli şişlər də nəzarətsiz hüceyrə bölünməsinin nəticəsidir, lakin onlar qan damarlarına, sinirlərə və ya daxili orqanlara daxil olmur, əksinə kapsulun içərisində olur. Onlar həmçinin metastazlar - qan və limfa vasitəsilə digər orqanlara yayılan xərçəng hüceyrələri əmələ gətirmirlər. Buna görə də, onlar əlavə müalicə olmadan cərrahi yolla asanlıqla çıxarılırlar.
Nərminə Abbasova bildirdi ki, əvvəlcədən xərçəngin əlamətlərini hiss etmək üçün bu simptomları bilməlisiz:.
Xərçəng simptomları
Klinik mənzərə şişin növündən asılıdır. Xərçəng əlamətləri adətən həkimə müraciət etməyə səbəb olur:
daimi yorğunluq;
qızdırma;
limfa düyünlərinin şişməsi;
arıqlama, iştahanın azalması;
uzun öskürək;
yumşaq toxumalarda və ya vəzilərdə şişkinlik;
xalların ölçüsündə və ya rəngində dəyişikliklər;
bədən və ya baş ağrısı.
Bədxassəli şişlər çox vaxt sağlamlıqda heç bir dəyişiklik yaratmır. Xərçəngin ilk simptomları görünəndə və tez bir diaqnoz qoyulduqda, insan şişin artıq III və ya hətta IV mərhələyə keçdiyini aşkar edə bilər. Buna görə də, xərçəngi ən erkən, klinikayaqədər mərhələdə aşkar etmək üçün müntəzəm profilaktik müayinələrdən keçmək vacibdir.
Nərminə həkim bildirdi ki, bu xəstəliyə tutulmamaq ,xərçəngə qalib gəlmək üçün əsas 3 şeyə fikir vermək lazımdır :
1 Daima idman,gəzmək,sauna və s. hərəkətlərlə tərləmək.Tərləyərkən bədəndəki ağır metallar ixrac olunur.Bu hüceyrələrin mutasiyasına imkan vermir.
2.Həmişə ac qarnına yatın,az yeyin,bir yeməklə digəri arasında ən azı 12-14 saat interval yaradın.Bu halda xərçəng kletkaları qidalana bilmir,
3.Əsəblərinizi qoruyun,çox fikirləşməyin,hər hansı bir problem yaranarsa onu daima qəlbinizdə gəzdirməyin,yaxınlarla bölüşüb özünüzdən uzaqlaşdırı.