sehiyye.info

Tanınmış Əməkdar həkim dünyasını dəyişdi

 Tanınmış Əməkdar həkim dünyasını dəyişdi
Azərbaycanın səhiyyə ictimaiyyətinə ağır itki üz verib. Uzun illər ərzində respublikanın müxtəlif tibb müəssisələrində rəhbər vəzifələrdə çalışmış, Əməkdar həkim Vaqif Cəfərov 78 yaşında vəfat edib. Bildirilir ki, tanınmış həkim uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Vaqif Cəfərovun həyat və fəaliyyəti:

Vaqif Cəfərov 9 may 1948-ci ildə Basarkeçər rayonunun Şişqaya kəndində anadan olub. Azərbaycan Tibb Universitetini müvəffəqiyyətlə bitirən mərhum, fəaliyyəti dövründə bir sıra məsul vəzifələri icra edib:

1995-1998-ci illərdə M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin baş həkimi;
1998-2005-ci illərdə Respublika Klinik Xəstəxanasının baş həkimi;
Yasamal Rayon Səhiyyə şöbəsinin müdiri və Xalq Təbabəti Mərkəzinin direktoru vəzifələrində çalışıb.
O, həmçinin Səhiyyə Nazirliyinin kollegiya üzvü kimi fəaliyyət göstərib. 2000-ci ildə Ümummilli Lider Heydər Əliyevin müvafiq fərmanı ilə "Əməkdar həkim" fəxri adına layiq görülən V.Cəfərov, ictimai-siyasi proseslərdə də aktiv iştirak edib. O, ömrünün sonuna kimi Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının İdarə Heyətinin üzvü olub. Qeyd edək ki, mərhum tanınmış dövlət xadimi Yunis Rzayevin bacısı oğludur.

Allah rəhmət eləsin!

 Tanınmış Əməkdar həkim dünyasını dəyişdi



REKLAM