sehiyye.info

Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur

Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur
2023-cü ilin "Heydər Əliyev İli" elan olunması barədə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamın əhəmiyyətinə toxunaraq, ulu öndərin həyat və fəaliyyətinin araşdırılması, öyrənilməsi, təbliği, gələcək nəsillərə çatdırılması baxımından vacibliyini bildirib. Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu mütərəqqi siyasi irsin Prezident İlham Əliyevin qətiyyətlə həyata keçirdiyini qürur hissi ilə dilə gətirən nazir deyib ki, milli qurtuluşdan başlanan zəfər yolu xalqımızı tarixi qələbə gününə qədər aparıb. Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Artıq 3-cü ildir ki, müstəqil Azərbaycan zəfər bayramının sevincinə bürünüb. Ulu öndərin arzusunu, vəsiyyətini şərəflə yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun, xalqımızın sarsılmaz birliyinin və vəhdətinin nəticəsi olaraq doğma Qarabağımız düşmən işğalından azad edildi, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.
Ulu öndərin mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. "Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır", - söyləyən ulu öndər Heydər Əliyev ömrünü bütövlükdə doğma Azərbaycanımızın çiçəklənməsinə, mənsub olduğu xalqın inkişafına sərf edib, bütün varlığı ilə sevdiyi Vətənini, xalqını, onun dövlətçiliyini tarixin çox çətin sınaq və imtahanlarından böyük məharətlə çıxarıb, dünya dövlətləri sırasında özünün qurub yaratdığı şah əsəri olan müstəqil Azərbaycan dövlətinə yaşamaq, əbədi var olmaq hüququ verib.
Nazir xüsusi vurğulayıb ki, Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müdrik uzaqgörənliyi, böyük idarəçilik qabiliyyəti, təşkilatçılıq bacarığı ilə ölkəmizin iri addımlarla irəliləməsini təmin edib. Ulu öndər 1990-cı ildə Naxçıvana gələrək son dərəcə ağır vəziyyətdə olan bu qədim diyarı mətanətlə erməni təcavüzündən qoruyub, əsl nicat yoluna çıxararaq onun hərtərəfli inkişafını təmin edib. Heydər Əliyevin müstəqilliyimizin ən ağır vaxtında – 1993-cü ilin iyun ayında xalqın tələb və təkidi ilə hakimiyyətə yenidən gəlişi ilə Azərbaycanı real parçalanma, xalqı qardaş qırğını və vətəndaş müharibəsindən özünün fitri istedadı, dərin zəkası, qətiyyəti, siyasi uzaqgörənliyi ilə qurtarmış "Ömrümün qalan hissəsini də xalqıma qurban verirəm", - deyib öz xalqına sahib çıxmış, misilsiz fədakarlıq, qəhrəmanlıq nümunəsi göstərmişdir. Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti sayəsində xaos və anarxiyanın hökm sürdüyü ölkəmiz qısa müddətdə sistemli və hərtərəfli inkişaf yoluna çıxdı və dünya dövlətləri arasında özünəməxsus yerə sahib oldu.
Ümummilli lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur
Məhz ulu öndərin siyasi uzaqgörənliklə işləyib hazırladığı, Azərbaycanın hərtərəfli inkişafı və dünyanın ən güclü dövlətlərindən birinə çevrilməsi məqsədi daşıyan mütərəqqi siyasi kurs sayəsində ölkəmiz qısa müddətdə regionun lider dövlətinə, əsl söz sahibinə çevrildi. Heydər Əliyev siyasi kursunu uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi, məqsədyönlü fəaliyyəti sayəsində dünya güclərinin hesablaşdığı müasir, müstəqil Azərbaycan beynəlxalq münasibətlər məkanında öz layiqli yerini tutub.

Kamilə Allahverdiyeva,həkim, otorinolorinqoloq



REKLAM