sehiyye.info

Kondisionerin sağlamlığa təsiri barədə. Həkim məsləhəti

Kondisionerin sağlamlığa təsiri barədə. Həkim məsləhəti
Havaların həddən artıq isti keçməsi kondisionerlərin istifadəsini artırır. Təbii ki,insanların istiyə dözümü olmur və kondisionerdən istifadə edir.
Lakin, kondisionerin insan sağlamlığına mənfi təsiri olduğu barədə məlumatları çox azdır.
Bu barədə tanınmış həkim terapevt Nərminə Abbasovanın fikirlərini öyrənməyə çalışdıq.
Nərminə həkimin fikirlərinə görə, burada hər şey kondisionerdən necə istifadə edilməsindən asılıdır. Ondan düzgün istifadə edilsə, xəstələnmə olmaz. Araşdırmalar nəticəsində məlum olub ki, əhvalın pislənməsindən şikayətlənənlər çox vaxt ofis işçiləri olur. Bu fenomen “xəstə binalar sindromu” adlanır. Kondisionerlərin yanında çalışan ofis işçiləri özlərini halsız hiss edir, tez-tez öskürür, zökəm olurlar, tənəffüsləri pisləşir, boğazları quruyur, baş ağrıları yaranır.

Alimlərin sözlərinə görə, kondisionerin işi insanın psixikasına da təsir göstərir. Otaqda hava çox isti və ya soyuq olanda insanın əmək məhsuldarlığı azalır.

Mütəxəssislər kondisionerin müsbət təsirləri arasında havanın düzgün filtrasiyasını xüsusi qeyd edirlər. Bu halda havanı çirkləndirən hissəciklər insan orqanlarına düşə bilmir.
Bəs necə edək ki, +30-40 dərəcə istidə kondisioner bizə pis təsir göstərməsin ?
Əvvəla qeyd edək ki.bədənin temperaturu +40-a yaxınlaşanda birdən 18-20 +olan otaqda olmaq olmaz.Bədənin hərarəti düşür,tərsoyuyur və xəstələnmək qaçılmazdır.Bundan başqa elə hallar olur ki,kondisionerin havası bir başa adamın üzərinə vurur. Belə hallarda bel,boyun hissələrinizdə quruma hiss edə bilərsiz.
Kondisioner küləyi vəziyyətdə aşağıdakı simptomlar müşahidə edilə bilər:

Əzələ ağrıları, xüsusən də arxa, boyun və qollar kimi bədən hissələrində
Sinə və boğaz ağrısı
Burun tıxanıklığı səbəbindən yaranan tənəffüs problemləri
Yüksək hərarət
Baş ağrısı
Bədən müqavimətinin azalması və nəticədə zəiflik və yorğunluq
Bulantı, qusma
Quru Dəri

Kondisionerin zərərlərindən özünüzü necə qorumalısınız?

Kondisionerin təqdim etdiyi rahatlıq və komfortdan sağlam şəkildə faydalanmaq üçün aşağıdakı məqamlara diqqət yetirərək mümkün zərərləri minimuma endirə bilərsiniz;

Kondisioneri gün ərzində mümkün qədər az işlətdiyinizə əmin olun. Mütəmadi olaraq qapı və pəncərələri açmağa və təbii havalandırma təmin etməyə çalışın. Beləliklə, ətraf mühitin rütubətinin artmasına töhfə verirsiniz. Kondisionerin otağı birdən sərinləməsinə icazə verməyin. Bədəninizin temperatur dəyişikliyinə uyğunlaşmasına imkan verərək, temperaturu tədricən aşağı salın.



REKLAM