Həkimlər heyrətə gəldilər: Çinlinin göz qapaqlarında mindən çox gənə aşkarlandı

Çinin Hubey əyalətinin 36 yaşlı sakininin göz qapaqlarında 1 000-dən çox mikroskopik gənə aşkar edilib.
Sehiyye.info xəbər verir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.
.
Məlumata görə, Yuy təxminən yarım il ərzində göz quruluğu, qaşınma və göz qapaqlarında yapışqanlıq hissindən əziyyət çəkib. O, gözlərini tez-tez ovuşdurub və göz damcılarından istifadə edib. Lakin zaman keçdikcə kişinin görmə qabiliyyəti zəifləməyə başlayıb.
Müayinə zamanı çinli kişidə demodekoz blefariti - "Demodex" cinsinə aid gənələrin həddindən artıq çoxalması nəticəsində yaranan göz qapağı iltihabı aşkarlanıb.
Həkim hər gözdən səkkiz kirpiyi müayinə edib və hər bir tük follikulunda səkkiz-doqquz parazitin olduğunu müəyyənləşdirib. Mütəxəssislərin hesablamalarına görə, Yuyun gözlərində ümumilikdə 1 000-dən çox gənə ola bilərdi.
Həkimlər xəstəliyin gözləri davamlı ovuşdurmaq və yataq dəstlərini tez-tez dəyişməmək vərdişi səbəbindən inkişaf etdiyini bildiriblər. Pasiyent yataq dəstlərini üç aydan bir dəyişdiyini etiraf edib.//oxu.az
Kişiyə iltihabəleyhinə terapiya kursu, intensiv işıq müalicəsi prosedurları, həmçinin göz qapaqlarının çay ağacı yağı tərkibli vasitə ilə gündəlik təmizlənməsi təyin olunub.