sehiyye.info

Palma yağı həqiqətən zərərlidir? – Həkimdən AÇIQLAMA

Palma yağı həqiqətən zərərlidir? – Həkimdən AÇIQLAMA
Son illər qida məhsullarının tərkibində geniş istifadə olunan palma yağı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəziləri onun sağlamlıq üçün ciddi təhlükə yaratdığını iddia etsə də, mütəxəssislər məsələyə daha ehtiyatlı yanaşmağın vacibliyini bildirirlər.

Bəs palma yağı həqiqətən insan orqanizmi üçün zərərlidirmi?

Mövzu ilə bağlı konkret.az-a danışan həkim-terapevt Günay Lətifova bildirib ki, palma yağını qəti şəkildə “zərərlidir” və ya “zərərsizdir” kimi qiymətləndirmək düzgün yanaşma deyil.

Kondisionerdən istifadə bu fəsadlara yol aça bilər - XƏBƏRDARLIQ | KONKRET

“Ümumiyyətlə, çox emal olunmuş yağlar və onlardan hazırlanan məhsullar sağlamlıq üçün arzuolunan hesab edilmir. Konservləşdirilmiş və paketlənmiş qidalar da bu qrupa daxildir.

Belə məhsullar gec həzm olunur. Bu da bağırsaq sisteminin fəaliyyətinə əlavə yük yaradır. Məsələn, adi sənaye üsulu ilə hazırlanan şirniyyatlar da orqanizm üçün faydalı hesab edilmir və həzm prosesi uzun çəkir”.

Günay Lətifova insanların qida seçimində daha təbii və təzə hazırlanmış məhsullara üstünlük verməsini tövsiyə edib:

“Mümkün qədər konservləşdirilmiş və paketlənmiş qidaların istifadəsini azaltmaq, onların əvəzinə mağazalarda və ya ev şəraitində hazırlanan təzə yeməklərə üstünlük vermək daha məqsədəuyğundur”.
Həkim sonda vurğulayıb ki, palma yağının özü barədə cəmiyyətdə formalaşan bəzi fikirlər şişirdilir:

“Təkcə palma yağını insan sağlamlığı üçün ölümcül təhlükə kimi təqdim etmək doğru deyil. Burada əsas məsələ ümumi qidalanma vərdişləri, məhsulun emal səviyyəsi və balanslı qidalanmadır.”



REKLAM