sehiyye.info

Anar Bayramovdan yeni TƏYİNAT

Anar Bayramovdan yeni TƏYİNAT
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) yeni departament müdiri təyin edilib.

Sehiyye.info “qaynarinfo.az”a istinadən xəbər verir ki, TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri vəzifəsinə Şahin Cavanşir oğlu Hüseynov təyin olunub.

Bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.

Qeyd edək ki, TƏBİB-in Daxili nəzarət və monitorinq departamentinin rəhbəri Orxan Ənvərli ötən ay vəzifəsindən azad edilib.



REKLAM