sehiyye.info

Hava dəyişkənliyi orqanizmə necə təsir göstərir?

Hava dəyişkənliyi orqanizmə necə təsir göstərir?
Havanın dəyişkən olması insan orqanizminə təsirsiz ötüşmür. Bu cür hava ürək-damar xəstəlikləri olanlara mənfi təsir göstərir. Mütəxəssislərin fikrincə, havanın qəfil dəyişməsi insanlarda bioloji və zehni problemlər yaradır.
Sehiyye.info bu barədə tanınmış həkim terapevt Nərminə Abbasovanın fikirlərini sizə çatdırır.
Son bir ayda respublikada havaların tez tez dəyişməsi, yağışlar,yağışdan sonra isti hava.səhər yenidən yağış, temperaturun 6-8 dərəcə aşağı düşməsi insanların orqanizminə mənfi təsir göstərir.
Hazırkə hava şəraiti ilə əlaqədar proqnozlar ümumi olaraq insanların qarşıdakı vaxt üçün hazırlıqlı olması cəhətdən önəmlidir. Amma bu hava proqnozlarında ara-sıra rast gəldiyimiz xəbərdarlıqlar da olur. Bu xəbərdarlıqlar isə meteohəssas insanları diqqətli olmağa səsləyir. Bu cür məlumatlarda bildirilir ki, meteohəssas insanlar həmin gün açıq havada olmasınlar. Əks təqdirdə sağlamlıqlarında müəyyən problemlər yarana bilər.
Həkim bildirdi ki, "Dizlərim həqiqətən ağrıyır. Yəqin ki, yağış yağacaq."bu sözü bir çox insan deyir.
Oynaq ağrısı hava şəraitinin dəyişməsi ilə əlaqəli ola bilər kimi görünə bilər.

Səbəb meteohəssaslıqdır. Əgər pis hava şəraitinə cavab olaraq baş ağrıları, qəfil əhval dəyişiklikləri, yuxusuzluq və ümumi pisləşmə hiss edirsinizsə, çox güman ki, bu fenomenlə qarşılaşmısınız. Bədəninizin yağışın gəldiyini necə tanıdığını və bu cür vəziyyətlərdə özünüzə necə kömək edəcəyinizi izah edəcəyik.

Meteohəssaslıq nədir və özünü necə göstərir?
Meteohəssaslıq, insanın sağlamlığının hava şəraitinin dəyişməsi ilə pisləşdiyi bir vəziyyətdir. Narahat olmayın, bu xəstəlik deyil. Bu, sadəcə bədəninizin temperatur, rütubət və atmosfer təzyiqindəki dəyişikliklərə, eləcə də günəş aktivliyinə və maqnit fırtınalarına necə reaksiya verməsidir.

Alimlər hələ də rifahımızın hava şəraitindəki dəyişikliklərdən təsirlənib-təsirlənməməsi barədə ortaq bir fikrə gələ bilməyiblər. Bu mövzu ilə bağlı tədqiqat məlumatları çox müxtəlifdir. Lakin elm hava şəraitinin müəyyən xəstəliklərin gedişatına təsir göstərə biləcəyini inkar etmir.

Sağlam insanlarda bədənin hava dəyişikliklərinə uyğunlaşmaq üçün vaxtı olur və onlar bu qədər nəzərəçarpan təsir yaşamırlar. Lakin, əgər bir insanın xroniki xəstəliklər kimi əsas sağlamlıq problemləri varsa, bədəni pis havaya daha nəzərəçarpacaq dərəcədə reaksiya verə bilər.

Aşağıdakı hava həssaslığı simptomlarını hiss edə bilərsiniz:

baş ağrısı;
qan təzyiqinin kəskin artması da daxil olmaqla ürək-damar problemləri;
oynaq və ya əzələ ağrısı;
zəiflik, yorğunluq və halsızlıq;
yuxululuq və ya yuxusuzluq;
kəskin əhval dəyişiklikləri — qıcıqlanma, apatiya, narahatlıq;
iştahsızlıq, ürəkbulanma.

Bu problem hər fəsildə var
Nərminə Abbasovanın sözlərinə görə, hər bir fəsildə meteohəssas insanlar üçün əks göstərişli hava şəraiti ola bilər: "Yay aylarında güclü küləkli hava şəraiti nadir hallarda müşahidə olunsa da, gündüz saatlarında rütubətliliyin bir qədər çox olması, boğunuq hava şəraiti meteohəssas insanlar üçün əks göstərişli hava şəraiti kimi qiymətləndirilə bilər. Ümumiyyətlə, günəş şüalarının altında uzun müddət açıq havada qalmaq da məsləhətli deyil. Başqa fəsillərə də nəzər salsaq, görərik ki, daha çox küləkli hava şəraiti müşahidə olunur. Küləkli hava şəraitində təzyiqin yüksəlməsi, eləcə də cənub küləklərində təzyiqin xeyli aşağı enməsi meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti kimi qiymətləndirilə bilər".

Proqnozlar insanlara psixoloji olaraq təsir edir
Həkim deyir ki, başqasının narahatçılığını özlərinə yaxın buraxan və qarşı tərəfdəki problemi tezliklə özlərində hiss edən insanlar var. Belə insanın yanında "başım ağrıyır" desələr, 10-15 dəqiqə sonra bu problem onlarda da yaranmağa başlayır. Bu da insanların psixoloji vəziyyətləri ilə bağlıdır. Eynilə də havanın sağlamlıq üçün müəyyən problemlər yarada biləcəyi ilə bağlı verilən proqnozlar da psixoloji olaraq insanlara təsir edir: "Bu cür hava şəraitində əhalinin ehtiyatlı davranması üçün mətbuatda, televiziyada elanlar verilir. Nevrozlara, depressiv insanlara, başqalarının narahatçılıqlarını özlərinə tez çəkənlərə hava tez təsir edə bilir. Çünki onlar həmin düşüncə ilə yaşayırlar və problemi özlərinə çəkirlər. Düşüncələrinin 80 faiz hissəsini buna yönləndirirlər. Beyin də elə bir şeydir ki, hansı fikri daha çox böyüdürsənsə, o, enerji olaraq insana qayıdır. Pozitiv düşünəndə xoş, neqativ düşünəndə isə mənfi hadisələrlə üzləşirsən".



REKLAM