sehiyye.info

Ölümcül virus yayıldı: Səhiyyə mərkəzləri ayağa qalxdı - Fövqəladə vəziyyət elan edildi

Ölümcül virus yayıldı: Səhiyyə mərkəzləri ayağa qalxdı - Fövqəladə vəziyyət elan edildi
ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) ölkədə yayılan xantavirus epidemiyası ilə bağlı fövqəladə vəziyyət elan edib.

Sehiyye.info "ABC" telekanalına istinadən xəbər verir ki, qurum sözügedən virusun yayılmasına görə 3-cü səviyyəli (hazırlıq) fövqəladə vəziyyət tətbiq edib.

Bildirilir ki, bu qərar qurumun daxili reytinq şkalası üzrə minimal səviyyə olsa da, artıq xüsusi işçi qrupları formalaşdırılıb və operativ reaksiya mərkəzləri fəaliyyətə başlayıb. Hazırda əhali üçün riskin aşağı olduğu deyilsə də, monitorinq işləri gücləndirilmiş rejimə keçirilib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hələ bir gün əvvəl xantavirus infeksiyasının yüksək ölüm riski daşıdığı barədə dünyanı xəbərdar etmişdi. Virusun əsasən gəmiricilər vasitəsilə keçdiyi bildirilir.//publika



REKLAM