Qəhvə, su, yoxsa süd içmək daha yaxşıdır?

Qəhvə, su, yoxsa süd içmək daha yaxşıdır?
Sehiyye.info xəbər verir ki, bu haqda Rusiyalı həkim-endokrinoloq Maksim Kuznetsov danışıb.
Onun sözlərinə görə, isti suya limon əlavə etmək maddələr mübadiləsini sürətləndirmir və susuzluğu da aradan qaldırmır. Bu sadəcə isti su və limondur. Soyuq içkilər angina yaratmır — anginanın səbəbi bakteriya və viruslardır. Hətta soyuq su bəzən angina zamanı ağrını azaltmaq üçün istifadə olunur. İçdiyiniz bütün su qısa zamanda qana sorulur. Özünüzü məcbur edib konkret miqdarda su içməyə ehtiyac yoxdur. Susadınızsa, için, susamadınızsa, içməyin. Çay, qəhvə, şorba və digər qidalardakı maye də su balansına daxildir.
Bundan əlavə, sızanaqların südlə birbaşa əlaqəsi yoxdur — bu ayrıca dəri xəstəliyidir. Əgər laktoza dözümsüzlüyünüz yoxdursa, süddən imtina etməyə ehtiyac yoxdur. Süd sizi kökəltmir, kökəlmə yalnız artıq kalori ilə bağlıdır. Bitki mənşəli süd çox vaxt adi süddən daha kalorili olur.
Həmçinin, endokrinoloq bildirib ki qəhvə qaraciyər xərçəngi, Alzheimer və şəkərli diabet riskini azaldır. O, nə bədəndən kalsiumu “çıxarır”, nə də orqanizmi susuzlaşdırır — bunun elmi sübutu yoxdur. Ümumilikdə, qəhvədən asılılıq barədə dəqiq bioloji sübut da yoxdur, deyə həkim bldirib.//saglamolun