sehiyye.info

Bakıda rekord vaxtda katarakta əməliyyatı

Bakıda rekord vaxtda katarakta əməliyyatı
Bakıda yerləşən İstanbul NS Klinikasında katarakta əməliyyatı rekord sürətlə - cəmi 1 dəqiqə 39 saniyə ərzində həyata keçirilib. Əməliyyatı 20 ildən artıq təcrübəyə malik cərrah-oftalmoloq Rəşidəlizadə Ergün icra edib.
Bildirilir ki, bu qədər qısa müddətdə həyata keçirilən əməliyyatlar nadir hallarda baş verir və yüksək peşəkarlıq tələb edir.
Həkimin sözlərinə görə, əməliyyatın sürətli aparılması xüsusilə uşaqlar və yaşlı pasiyentlər üçün böyük üstünlükdür:
"Əməliyyat sedasiya və ya ümumi narkoz altında aparıldıqda, müddətin qısa olması çox vacibdir. Bu, narkozun təsirini minimuma endirir və pasiyent üçün daha təhlükəsiz olur. Eyni zamanda, əməliyyat nə qədər tez icra olunarsa, göz toxumalarına təsir də bir o qədər az olur".
Mütəxəssis qeyd edib ki, bu nəticə müasir texnologiyaların və xüsusi cərrahi yanaşmanın tətbiqi ilə mümkün olub.



REKLAM