TƏBİB-də Zamirə Ədilovanı o əvəzlədi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində yeni kadr təyinatı olub.
Sehiyye.info Oxu.Az-a istinadən xəbər verir ki, qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi tanınmış jurnalist Elnur Hidayətoğluya həvalə olunub.
Qeyd edək ki, E.Hidayətoğlu bu vaxta qədər adıçəkilən departamentin nəzdində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışırdı. O, bu vəzifəyə 2023-cü ilin dekabrında təyin edilmişdi.
Xatırladaq ki, adıçəkilən departamentin sabiq rəhbəri Zamirə Adilova ötən həftə vəzifəsindən azad edilmişdi.