sehiyye.info

5 qadın zəhərlənib,restoran bağlandı

5 qadın zəhərlənib,restoran bağlandı
Şirvanda fəaliyyət göstərən iaşə obyektlərinin birində kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb.

Hadisə ilə bağlı məlumat verən həkim Yusif Müxtəsimov bildirib:

“7 aprel 2026-cı il tarixində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə dəqiqləşdirilməmiş qida zəhərlənməsi diaqnozu ilə beş qadın daxil olub. Xəstələrə dərhal ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta-ağır qiymətləndirildiyi üçün onlar xəstəxananın Təcili tibbi yardım şöbəsində müşahidədə saxlanılıblar”.

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “1003” Çağrı mərkəzinə daxil olan bildiriş əsasında dərhal araşdırmalara başlanılıb. İlkin araşdırmalar nəticəsində hadisənin Şirvan şəhəri, Rəsulzadə küçəsində yerləşən “Pizza Time” restoranında baş verdiyi müəyyən edilib. Agentliyin mütəxəssisləri tərəfindən obyektdən qida nümunələri götürülərək laborator müayinələrə cəlb olunub. Hazırda restoranın fəaliyyəti dayandırılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, zəhərlənmənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Prokurorluq əməkdaşları tərəfindən AQTA mütəxəssislərinin iştirakı ilə iaşə obyektindəki məhsullardan nümunələr götürülüb və müvafiq ekspertizalar təyin edilib və zəruri prosessual hərəkətlər icra olunub.

Araşdırmalar davam etdirilir.



//baku.tv



REKLAM