sehiyye.info

Kofe içənlərin nəzərinə - Alimlər "zərdəçal əlavə edin" deyirlər

Kofe içənlərin nəzərinə - Alimlər "zərdəçal əlavə edin" deyirlər
Həkimlər darçınlı qəhvə içməyi tövsiyə edirlər. Mütəxəssislər iddia edirlər ki, bu ədviyyat qanda şəkərin səviyyəsini tənzimləməyə və şəkərin xeyli yüksəlməsinin qarşısını almağa kömək edən antioksidantlarla zəngindir. Bununla belə, sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra biləcək başqa bir içki resepti də var. Bu, zərdəçallı qəhvədir.

Sehiyye.info xəbər verir ki, zərdəçallı qəhvənin faydaları və riskləri "Very Well Health"də dərc olunan məqalədə ətraflı şəkildə izah olunub.

Belə ki, alimlər zərdəçalın insan bədəninə təsirini araşdırıblar və aparılan tədqiqatlar nəticəsində zərdəçallı qəhvənin xeyli faydalı olduğunu aşkar ediblər. Onun faydaları kurkuminin (bu ədviyyatın aktiv tərkib hissəsi-red.) və qəhvənin özünün birləşməsindən qaynaqlanır. Mütəxəssislərin fikrincə, bu iki tərkib hissəsi birlikdə ürək və həzm sağlamlığını xeyli yaxşılaşdırır və çəkinin müəyyən mənada idarə olunmasına da kömək edir. Lakin, bunlar içkinin yeganə faydaları da deyil.

Zərdəçallı qəhvənin əsas faydalarından biri bədəndəki iltihabi prosesləri azaltmaqdır. Hansılar ki, onlar artrit, qıcıqlanmış bağırsaq sindromu və ateroskleroz kimi xəstəliklərə səbəb olur.

"Ürək xəstəliyindən əziyyət çəkən insanlar zərdəçallı qəhvəni içməyə başlasalar, dərhal onun faydalarını hiss edəcəklər. Araşdırmalar göstərib ki, qəhvə içmək insanların özünü daha ayıq, enerjili və zehni açıq hiss etmələrinə kömək edə bilər. Bu vərdiş potensial olaraq "Parkinson" və "Alzheimer" kimi nevroloji xəstəliklərin uzunmüddətli inkişaf riskini də azalda bilər", -məqalədə yazılıb.//publika



REKLAM