sehiyye.info

Yatmazdan əvvəl kivi yeməK

 Yatmazdan əvvəl kivi yeməK

Gecələr rahat yata bilməmək və ya səhərlər yorğun oyanmaq bir çox insanın ortaq probleminə çevrilib. İspaniyalı kardioloq Aurelio Roxas bu problemi həll etməyin sadə və təbii yolunu açıqlayıb.

Sehiyye.info xəbər verir ki, həkimin sözlərinə görə yatmazdan əvvəl yeyilən iki ədəd kivi yuxunun keyfiyyətini ciddi şəkildə artırır və bədəndəki gərginliyi azaldır.

Kivinin tərkibindəki liflər, C və B9 vitaminləri sinir sisteminə müsbət təsir göstərir. Roxas bildirir ki, bağırsaq mikroflorası ilə beyin arasında birbaşa əlaqə var. Bu meyvədəki zəngin liflər bağırsaqların işini tənzimləməklə yanaşı, insanın ümumi əhval-ruhiyyəsinə və narahatlıq səviyyəsinə də təsir edir. Antioksidantlar isə hüceyrələri stresdən qoruyaraq bədənin sakitləşməsinə kömək edir.

Həkim vurğulayır ki, kivini müntəzəm qəbul etmək yuxunun müddətini uzadır. Tərkibindəki fol turşusu beyin hüceyrələri arasındakı siqnalların ötürülməsini balanslaşdırır. Beləliklə, axşam saatlarında yeyilən cəmi iki meyvə həm sinirləri sakitləşdirir, həm də dərin yuxuya keçidi asanlaşdırır.//demokrat



REKLAM