"Dünya Xoşbəxtlik Hesabatı": İnternetdə keçirilən vaxt yeniyetmələrin psixologiyasına necə təsir edir?

Müasir gənclər sosial şəbəkələrdən nə qədər aktiv istifadə edirlərsə, real həyatdakı rifah halları bir o qədər aşağı düşür.
Sehiyye.info "ABC News" telekanalına istinadən xəbər verir ki, bu barədə Oksford Universitetinin Rifah Tədqiqat Mərkəzi tərəfindən hazırlanan "Dünya Xoşbəxtlik Hesabatı 2026"da xəbərdarlıq edilib.
Tədqiqatçılar, xüsusilə, 15 yaşlı yeniyetmə qızlar arasında mənfi tendensiyaların daha qabarıq nəzərə çarpdığını bildirirlər. Araşdırmalara görə, gün ərzində sosial şəbəkələrdə beş saat və daha çox vaxt keçirən yeniyetmələr həyatdan məmnunluq səviyyəsinin kəskin şəkildə aşağı olmasından şikayət edirlər. İnternetdə daha az vaxt keçirənlər isə özlərini psixoloji baxımdan daha yaxşı hiss edirlər.
Maraqlı bir korrelyasiya da üzə çıxıb: sosial şəbəkələrdən gündə bir saatdan az istifadə edən gənclər, onlardan ümumiyyətlə istifadə etməyənlərə nisbətən özlərini daha xoşbəxt hiss edirlər. Bu, sosial şəbəkələrin məhdud səviyyədə istifadəsinin ünsiyyət üçün faydalı olduğunu göstərir.
Lakin hesabat müəllifləri təəssüflə qeyd edirlər ki, hazırda yeniyetmələr sosial şəbəkələrdə orta hesabla gündə 2.5 saat vaxt keçirirlər ki, bu da psixoloji sağlamlıq üçün riskli hədd hesab olunur.//oxu.az