Qan xəstəliklərinə 1,7 milyon manat ayrılıb.

Milli Hematologiya və Transfuziya Mərkəzi tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi və fasiləsiz laboratoriya diaqnostikasının təmin edilməsi məqsədi ilə yeni satınalma tenderi elan edib.
Sehiyye.info xəbər verir ki, Mərkəz əczaçılıq preparatları, tibbi tələbat materialları və laboratoriya reagentlərinin alınmasını planlaşdırır.
Layihənin təxmini ümumi dəyəri 1 726 287,57 AZN təşkil edir.
Milli Hematologiya və Transfuziologiya Mərkəzi müasir standartlara uyğun hematoloji və transfuzionoloji xidmətlərin göstərilməsi üçün zəruri resursların yaradılmasını qarşısına məqsəd qoyub.