sehiyye.info

Taylanddan qayıdan turistlərdə meymunçiçəyi aşkarlandı

Taylanddan qayıdan turistlərdə meymunçiçəyi aşkarlandı
Rospotrebnadzorun (Rospotrebnadzor) Sankt-Peterburq İdarəsinin məlumatına görə, Taylanda turist səfərindən qayıdan rusiyalı turistlərdə meymun çiçəyi aşkar edilib.
Sehiyye.info xəbər verir ki, Regionlararası İdarə laboratoriyada təsdiqlənmiş iki meymun çiçəyi hadisəsinin aşkarlandığını bildirib.

Yoluxmuş şəxslər dərhal yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib.

Onların vəziyyəti qənaətbəxşdir və həyatları təhlükə altında deyil. Təmasda olanlar da müəyyən edilib və onlar tibbi müşahidə altındadırlar. Beləliklə, infeksiyanın yayılması dayandırılıb.



REKLAM