sehiyye.info

Vüqar Qurbanov vəzifəsindən azad edildi

Vüqar Qurbanov vəzifəsindən azad edildi
TƏBİB icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən çıxarılıb.

Sehiyye.info xəbər verir ki, sədrin səlahiyyətlərinin icrası qurumun müavini Anar İsrafilova həvalə olunub.

Hələlik rəsmi qurumlar tərəfindən Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb. Qeyd edək ki, son aylarda TƏBİB-in fəaliyyəti, xüsusilə dövlət tibb müəssisələrində xidmət keyfiyyəti və pasiyent şikayətləri fonunda quruma qarşı ictimai narazılıqlar artmışdı.

Məsələ ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.//bakupost



REKLAM