Yeni mutasiya olunmuş virus, yoxsa qrip.. Həkim məsləhəti

Respublikamızda yeni virus sürətlə yayılır.Bir çoxları bunu qrip kimi qəbul edir, Lakin qripdə olan simptomların bəziləri yoxdur.
Bu yeni mutasiya olunmuş virusdur, yoxsa qripin ağır formasıdır ?
Sehiyye.info bu barədə tanınmış həkim terapevt Nərminə Abbasovanın fikirlərini sizə çatdırır.
Hər il soyuq ayların gəlişi ilə, əsasən, dekabr-mart aylarında kəskin respirator virus infeksiyalarının müxtəlif ştamları yayılır. Onlardan biri də adını xüsusən son günlərdə daha çox eşitdiyimiz qripəbənzər tənəffüs yolları xəstəliyi olan metapnevmovirusdur (HMPV).
İlk dəfə 2001-ci ildə rast gəlinən HMPV infeksiyası bütün dünyada geniş yayılıb. Metapnevmovirus üzrə qeyri-stabil epidemioloji vəziyyət hazırda Çin, Hindistan, Qazaxıstan, Ukrayna, Qırğızıstan və Rusiyada müşahidə olunub.
Bəs bizə şikayət edən xəstələrdə vəziyyət necədir ?
Nərminə həkim bildirdi ki,bu dəfəki virus,burun axması və başağrısı ilə yox, daha çox öskürək və qızdırma ilə müşayət olunur.
Həssas qrupa daxil olanlar virusa daha tez yoluxurlar
Həkimin sözlərinə görə, metapnevmovirus tənəffüs damcıları (məsələn, öskürmə və ya asqırma yolu ilə), xəstələrin ifrazatları ilə təmasda və ya çirklənmiş səthlərlə təmas yolu ilə ötürülə bilər. Virusun əsas əlamətləri demək olar ki, qriplə eynidir. O, öskürək, hərarətin yüksəlməsi, nəfəs darlığı, boğaz ağrısı və səsin boğulması kimi simptomlarla təzahür edir.
"Bu əlamətlərlə hər zaman müraciət edənlər olsa da, qış aylarında onların sayı daha çox olur. Belə xəstələr, adətən öz-özünə sağalır və hər hansı müayinə və müalicəyə ehtiyac olmur. Xəstəliyin hansı mənşəli olduğunu yalnız laborator diaqnostika ilə təsdiq etmək mümkündür. Diaqnozu dəqiqləşdirmək üçün burun-udlaqdan götürülmüş yaxma molekulyar üsulla (PZR) yoxlanılır və bu da hər laboratoriyada olmur. Onu da qeyd etmək lazımdır ki, belə xəstələrdə laborator müayinə nəticəsində virusun dəqiqləşdirilməsi müalicəvi yanaşma baxımından xəstə üçün heç nəyi dəyişmir.
Bu virusa, əsasən kiçik yaşlı uşaqlar, immuniteti zəif və xroniki xəstəlikləri olanlar daha tez yoluxurlar: "Virus yuxarı tənəffüs yollarında inkişaf edir və digər virus xəstəlikləri kimi, adətən, 7-10 gün ərzində aradan qalxır. Xəstəliyin əsas fəsadı olaraq pnevmoniyanı, ağciyərdə fibrotik dəyişiklikləri göstərmək olar. Uşaqlarda isə ağır bronxiolitlə fəsadlaşa bilər. COVID-19-u ağır keçirən insanların bu tip xəstəlikləri digərlərinə nisbətən daha ağır keçirmələri yüksək ehtimaldır".
Metapnevmovirusdan qorunmaq üçün bir sıra qabaqlayıcı tədbirlərə riayət etmək lazımdır.
Həkimin sözlərinə görə, HMPV-dən qorunmaq üçün xəstə insanlardan uzaq durmaq, əl məhəccərləri və ya qapı tutacaqları kimi yüksək təmasda olan səthlərə bacardıqca toxunmamaq, ağız, göz və ya buruna toxunmazdan əvvəl əlləri ən azı 20 saniyə yumaq lazımdır. Asqırarkən və ya öskürəndə ağzı örtmək, daha sonra isə əlləri alkoqollu salfetlərlə silmək və ya dezinfeksiyaedici vasitələrdən istifadə etmək vacibdir. Qapalı sıx məkanlardan uzaq olmaq, daima otaqları havalandırmaq və bacardıqca qapalı məkanlarda tibbi maskalardan istifadə etmək lazımdır. Xəstəliyin yüksək yoluxuculuğunu nəzərə alsaq, onun əlamətlərini hiss edən hər bir şəxs özünü təcrid edərək istirahət etməlidir.
Xırıltı və ya öskürək kimi tənəffüs problemləri olarsa, yüksək hərarət 5-7 gündən çox davam edərsə, mütləq həkimə müraciət edilməlidir.
Nərminə Abbasova onu da vurğulayır ki, burada qida qəbuluna da fikir vermək lazımdır.
Vitaminli qidalar, meyvə-tərəvəz yeməyə çox diqqət etmək, fiziki aktivliyi artırmaq, açıq havada gəzmək çox vacibdir. Yəni immun sistemini formada saxlamaq lazımdır ki, problem olmasın.
Bu virusun qripdən fərqi nədir, niyə bir çoxları bu virusdan daha çox əziyyət çəkir ?
Bu yeni virus tək bir xəstəlik deyil, burun, boğaz, traxeya, bronxlar və hətta ağciyərlərə təsir edən bütün bir virus infeksiyası qrupudur. Təsiredici maddələr rinoviruslar, adenoviruslar, paraqrip, RSV və digərləri ola bilər.
Əksər sağlam insanlarda ARI 5-7 gün ərzində heç bir nəticə vermədən aradan qalxır. Lakin yüksək risk qrupları üçün bu, ciddi ağırlaşmalara səbəb ola bilər:
pnevmoniya;
bronxit;
otit;
xroniki xəstəliklərin kəskinləşməsi (astma, KOAH, ürək çatışmazlığı).
Daha ağır hallarda aşağıdakılar baş verə bilər:
yüksək hərarət (39°C-yə qədər);
əzələ və oynaq ağrıları;
quru öskürək;
üşütmə;
ürəkbulanma (uşaqlarda daha çox rast gəlinir).
Bir çox insan "daha tez sağalmağa" çalışaraq sağalmalarını ləngidən və ya ağırlaşmalara səbəb olan səhvlər edir:
Yataq istirahətinə məhəl qoymamaq - stress immunitet sistemini zəiflədir.
Alkoqol qəbul etmək - bədəni susuzlaşdırır və immunitet sistemini zəiflədir.
Hamama və ya saunaya getmək - həddindən artıq istiləşmə intoksikasiyanı artırır.
İsti vanna qəbul etmək - qan təzyiqinin kəskin artmasına səbəb ola bilər.
İdman etmək - hətta yüngül məşq belə - zəifləmiş bədən üçün streslidir.
Diş və ya cərrahi prosedurların planlaşdırılması - ağırlaşma riski kəskin şəkildə artır.
İctimai yerlərdə çölə çıxmaq - onlarla insana yoluxduracaqsınız.
Nərminə həkim bu virusun ciddi olduğunu nəzərə alaraq həkimə müraciət etməyi məsləhət gördü.
Həkimə getməyib evdə müalicə almaq istəyənlər də var. Lakin kəskin respirator virus infeksiyaları üçün həkim terapevt və ya virusoloqlara, uşaqlar üçün isə pediatrlara müraciət edin.
Mayomed Medical Fizioterapiya və Reabilitasiya Mərkəzi
TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.