Sinədə yanma və göynəmə hiss etdinizsə ,dərhal həkimə müraciət edin.Bu infarkt əlaməti ola bilər.

Son zamanlar tez-tez eşidirik :- Filankəs ürəktutmadan rəhmətə getdi, bəhmənkəs infarktdan,insultdan öldü və s.
Sehiyye.info xəbər verir ki, bu barədə tanınmış həkim terapevt Nərminə Abbasova maraqlı fikirlər söyləyib.
Həkimin dediyinə görə ürək damar xəstəlikləri cavanlaşıb.Statistikaya görə hər iki ölümdən biri bununla bağlıdır.
Hazırda ürək damar xəstəlikləri İnstitunda xəstə izdihamı yaşanır.Bu haldan özünüzü qorumaq üçün vaxtında müayinə və müalicə lazımdır.
Sinədə ağrı təcili yardıma aparan ən geniş yayılmış səbəbdir. Belə halda dərhal müayinə və müalicə insanın həyatını xilas edə bilər. Sinədə ağrı dedikdə ağla ilk gələn ürəyin infarktı olsa da bu nahiyədə ağrı bir-çox səbəblərdən yarana bilər.
Döş qəfəsində ağrı insanların gündəlik həyatına təsir edə biləcək əsas sağlamlıq problemlərindən biridir. Bu ağrılar ürək-damar sistemi, tənəffüs yolları, həzm sistemi və hətta dayaq-hərəkət sistemi ilə əlaqəli ola bilər. Əzələ spazmları, qabırğa zədələri və həddindən artıq fiziki yüklənmə də döş qəfəsində ağrılara səbəb ola bilər. Bundan əlavə, emosional və psixoloji faktorlar da döş qəfəsində narahatlığa səbəb olur. Stress və gərginlik zamanı əzələ sıxılmaları, nəfəs almada çətinliklər və ağrı hissi müşahidə oluna bilər.
Həkim bildirdi ki, bu ağrı şiddətli, sıx və ya yüngül bir narahatlıq kimi özünü göstərə bilər.
Xəstə sinədə təzyiq, yanma və ya sıxıcı ağrı hiss edə bilər. Bu hisslər təkcə sinə nahiyəsində deyil, həm də sol qol, çiyin, boyun, çənə və belə də yayıla bilər. Ancaq yadda saxlamaq lazımdır ki, infarkt əlamətləri həmişə sinə ağrısı ilə müşayiət olunmur.
Bədəndəki bütün orqanlar kimi ürəyin də koronar damarlar adlanan öz damarları var. Bu damarlar ürəyi qanla, onunla birlikdə oksigen və normal həyat üçün lazım olan maddələrlə təmin edir. Hər hansı bir səbəbdən bu tac damarlarından biri tıxanırsa, ürəyin təsirlənmiş sahəsi oksigen və zəruri maddələrdən məhrum olmağa başlayır.
Bu vəziyyət 40 dəqiqədən çox davam edərsə, ürək əzələsinə əhəmiyyətli ziyan və hətta ürək toxumasının daimi ölümü baş verə bilər. Bu vəziyyətə miokard infarktı (MI) deyilir.
Bu əlamətləri hiss edirsinizsə, sakit olmağa, oturmağa və ya uzanmağa çalışın. Allergiya və ya əks göstəriş yoxdursa, aspirin qəbul edin.