sehiyye.info

" Elnur"aptek və "Depo" apteklərdə nə baş verir?

" Elnur"aptek və "Depo" apteklərdə nə baş verir?
Xəbər verdiyimiz kimi bir neçə ay əvvəl Dövlət Sərhəd Xidməti Elnur apteklərdə yoxlamalar aparmış və müxtəlif təyinatlı dərmanlar müsadirə olunmuşdu.
Sehiyye.info xəbər verir ki, məsələ ilə bağlı Araşdırma.org saytı araşdırma aparmış və bir sıra məlumatlar əldə etmişdir. Məlumata görə bu apteklər şəbəkəsində Azərbaycanda satışı qadağan olunmuş dərmanlar gizli olaraq satılır Mənbənin bildirdiyinə görə bu apteklər şəhərin müxtəlif rayonlarında Nərimanov, Əhmədli, Həzi Aslanov və digər kənar rayonlarda fəaliyyət göstərir.
Sərhəd Xidmətinin apardığı yoxlamalar da məhz bu səbəbdəın imiş. Maraqlısı odur ki,Səhiyyə Nazirliyinin Analitik ekspertiza Mərkəzi məsələyə münasibət bildirməyib. Görünür bu dərmanlar qeydiyyatsız və gizlin gətirilir. Və ya bir neçə adamın adına az miqdarda şəxsi istifadə adıyla gömrükdən keçir. Qadağan olunmuş dərmanlar arasında ehtiraslandırıcı, potensiyanın aradan qaldırılması,və bir sıra psixotrop maddələrin olduğu iddia olunur. Aidiyyatı qurumlaın məsələni nəzarətdə saxlaması lazımdır.
Adı çəkilən apteklər şəbəkəsinin rəhbəri və məsul şəxslərlə əlaqə saxlasaq da suallarımızı cavablandıran olmadı. Mövzu gündəmdə qalır və araşdırmamızın nəticəsi barədə əlavə məlumat verməyi planlaşdırırıq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Yoxlamaların videosunu bu linkdə izləyə bilərsiz : https://xalq.online/dovlet-serhed-xidmetinin-zabiti-elnur-aptekde-nece-yoxlama-aparir



REKLAM