sehiyye.info

Bir daha kifoz haqqında. Həkim məsləhəti

Bir daha kifoz haqqında. Həkim məsləhəti
Onurğa xəstəlikləri arasında müxtəlif formalar mövcuddur. Bunlardan biri də kifozdur.
Sehiyye.info xəbər verir ki, bu barədə müxtəlif məqalələrlə çıxış edən tanınmış həkim Nərminə Abbasova kifozun bəzi təsirlərindən danışıb:
“Skoliozdan fərqli olaraq lordoz və kifoz patologiyaları uzun müddət nəzərə çarpmır”

Kürəyin və qamətin istənilən pozulması bütün orqanizmin quruluşu və işinə təsir edir. Onurğanın əyilməsi ürək, ağciyər, mədə-bağırsaq sistemini dəyişir. Yaş artdıqca qaməti və kürəyi düzəltmək çətinləşir. Ona görə kürəkdə, onurğada istənilən dəyişikliyi başda, erkən yaşda təyin edib, onu aradan qaldırmağa çalışmaq lazımdır. Bizim insanlar skolioz, onurğa yırtığına daha çox önəm verdiyindən, kifoz kimi xəstəliyi elə də ciddiyə almır. Hətta çoxları kifoz nədir bilmir.

Nərminə həkim bildirdi ki, normal qamətdə olan onurğa fizioloji olaraq əyilmələrə malikdir. Bu, lordoz və kifozadlanır. Həkimin sözlərinə görə, boyun və bel nahiyəsində əyilmə önə doğru qabarıq olur – bu lordozdur, döş qəfəsi və büzdümdə isə geri, içəri çəkilmiş olur- bu kifozdur. Belə quruluş imkan verir ki, dayaq-hərəkət aparatı effektiv işləsin:

Bir daha kifoz haqqında. Həkim məsləhəti

“Əgər bu lazımı qədər nəzərə çarpmırsa, insanda düz kürək diaqnozu qoyulur. Belə patologiyada ayaq pəncəsinə daha çox yük düşür, oynaq ağrıları olur. Ona görə kifoz – fizioloji normadır, bədənin düzgün vəziyyətidir. Amma əgər kifozların forması, dərinliyi dəyişirsə, böyüyürsə, irəli doğru çıxırsa, onurğa və qamət pozulur”.

Nərminə xanım bildirdi ki, skoliozdan fərqli olaraq lordoz və kifoz patologiyaları uzun müddət nəzərə çarpmır. Sonrakı mərhələdə isə döş qəfəsində batmalar müşahidə olunur, çiyinlər önə doğru yığılır, beldə qozbellik əlamətləri görünür. Həkim-terapevt deyir ki, Kifoz xəstəliyi diaqnozu əyilmə küncü 30 dərəcəyə çatdıqda qoyulur:

“Kifozun yaranma səbəbləri bunlardır: Qeyri-düzgün qamət, yeriş; rahat olmayan iş yeri; anadangəlmə, ana bətnində qeyri-uyğun yerləşmə; məktəbdə parta arxasında qeyri-düzgün oturuş; fiziki iş görmədikdə kürək əzələsinin zəifliyi; döş qəfəsində travmalar; ağır yük, çanta gəzdirmək; yaşlı adamlarda osteoporoz nəticəsində; raxit; tuberkulyoz; skolioz nəticəsində onurğa özünü sığortalamaq üçün kürəkdə donqarlıq yaradır; spondilit – onurğa sütunu iltihabı.
Onu da deyim ki, kifozun əlamətləri ilk vaxtlarda uzun müddətli piyada gəzinti və işdən sonra beldə ağrılarla özünü biruzə verir. Ayaqlarda uyuşma, aşağı ətraflarda hissiyatın azalması, aşağı çanaq orqanlarında problem, durğunluq, oynaqlarda dəyişiklik. Sonrakı ağırlaşmalarında beldə, kürəkdə ağrının çoxalması, ağciyərlərə təsir nəticəsində tənəffüsdə problemlər, bronxit, ürək-damar xəstəlikləri. Skelet və onurğanın qeyri-düzgün vəziyyəti, lordoz və kifoz yastıpəncəlilik, oynaq ağrıları, fəqərələrarası yırtıqlara səbəb olur. 3-cü dərəcəli kifozda – 50 dərəcə əyilmə qarın və döş qəfəsi daxili orqanlarının yer sürüşməsinə, sıxılmasına səbəb olur. Ona görə bu xəstələrdə qəbizlik, xolesistit, qastroduodenit, mədə-bağırsaq xəstəlikləri başlayır”.

Nərminə xanımın sözlərinə görə, kifoz boyun şöbəsinə yaxın olduqda baş beynin qan dövranı pozulur, bu səbəbdən müntəzəm baş ağrıları, yorğunluq, diqqət yayqınlığı, qulaqlarda küy yaranır. Bu pasiyentlərdə erkən demensiya, huşsuzluq başlayır.


Həkim-terapevt Kifoz zamanı Fizioterapiya və Reabilitasiyadan da söz etdi. Bildirdi ki, Kifozun müalicəsində mütləq olaraq intensiv şəkildə müalicəvi idman tövsiyyə olunur:

“Bununla yanaşı, əzələlərin passiv stimulyasiyası üçün miostimulyasiya, ağrıları aradan qaldırmaq üçün ultrasəs terapiyası və magnitoterapiya tətbiq olunur. Bel üçün idman hərəkətləri və məşqlər nə qədər tez başlansa bir o qədər yaxşıdır. Lakin bu hərəkətlər həkim və trener tərəfindən tənzimlənməlidir. Xüsusən məktəbli uşaqlar bu məşğələlərə yerli poliklinikalarda cəlb olunmalıdır. Masaj və fizioprosedurlar də peşəkarlar tərəfindən olunmalıdır. Ağır hallarda, patologiya çox irəlilədikdə əməliyyat təyin olunur”.


Həkim-terapevt Nərminə Abbasova Kifoz xəstəliyindən əziyyət çəkənləri müalicə üçün Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinə dəvət edir. Maraqlananlar aşağıda göstərilən əlaqə nömrələri ilə əlaqə saxlasınlar:

TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95
MOB: (051) 866 02 20; (051) 567 66 96
ÜNVAN: Bakı, Nərimanov, Əhməd Rəcəbli-207.



REKLAM