Emosional soyuqluq və stres: Demensiyanın görünməyən siqnalları

İngiltərəli alimlər orta yaşlarda özünəinamın itirilməsinin qocalıqda demensiya riskinin artması ilə əlaqəli olduğunu aşkar ediblər.
Sehiyye.info xəbər verir ki, bu barədə araşdırma müəlliflərinə istinadən "Independent" nəşri məlumat yayıb.
.
Qeyd olunur ki, tədqiqatçılar 5 811 iştirakçının məlumatlarını təhlil ediblər. Onlar iştirakçılardan öz sağlamlıqları, o cümlədən əqli sağlamlıqları haqqında ətraflı məlumat alıblar.
Tədqiqatın nəticələrinə görə, orta yaşda həyatın çətinliklərinin öhdəsindən gələ bilmədiyini hiss edən insanların demensiyaya tutulma ehtimalı 50%-dən çox olub. Emosional ayrılıq, başqalarına qarşı isti münasibətin olmaması, davamlı stres və ya öz fəaliyyətindən narazılıq hissi yaşayanlarda da demensiya riski artıb. Hətta diqqəti cəmləməkdə çətinlik çəkən subyektiv şikayətlər belə qocalıqda demensiya inkişaf ehtimalının daha yüksək olması ilə əlaqələndirilib.
"Bütün bu simptomlar depressiyada tez-tez rast gəlinir. Amma tədqiqat göstərib ki, depressiyanın özü birbaşa koqnitiv pozğunluq riski ilə bağlı deyil, yəni depressiyada olmaq mütləq demensiyaya səbəb olmur, lakin müəyyən psixoloji çətinliklər riski artırır", - deyə araşdırmada iştirak edən alimlərdən biri vurğulayıb.//oxu.az