İsti vanna həvəskarlarına şok xəbərdarlıq - Ölə bilərsiniz

İsti vanna həvəskarlarının səhhətində ciddi problemlər yarana bilər.
Sehiyye.info bildirir ki, belə bir xəbərdarlıqla kardioloq Hüqo Faria “Metropoles” nəşrinə danışıb.
O izah edib ki, həddindən artıq istilik qan damarlarının genişlənməsinə, qan təzyiqinin aşağı düşməsinə səbəb olur. Bura həmçinin başgicəllənmə, zəiflik, bulanıq görmə və hətta huşunu itirmə kimi simptomlar daxildir.
"Qan təzyiqinin kəskin azalması koronar dövranı poza, əhəmiyyətli narahatlıq və hətta qəfil ölüm riski yarada bilər", - həkim deyib.
Kardioloq əlavə edib ki, ürək problemi olan insanlar təkcə isti deyil, soyuq vannalardan da çəkinməlidirlər.//publika