sehiyye.info

Diabet dərmanları və cərrahi ləvazımatların alınmasına 6 milyon manat ayrıldı

Diabet dərmanları və cərrahi ləvazımatların alınmasına 6 milyon manat ayrıldı
“İnnovasiya və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxsi şəkərli diabet xəstəliyi üzrə tədbirlər çərçivəsində inyeksion şəkərsalıcı və oral hipoglikemik dərman vasitələrini alacaq.

Sehiyye.info xəbər verir ki, Mərkəz müvafiq işlərlə bağlı "Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti ilə razılaşıb.

Şirkətlər arasında bağlanan müqavilənin şərtlərinə görə, dərman vasitələrinin alınması qarşılığnda "İnnovasiya və Təchizat Mərkəzi” “Avromed Company” QSC-yə 4 milyon 930 min 236,49 manat vəsait ödəyəcək.

Bundan əlavə, "İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi tibb müəssisələrində istifadə üçün nəzərdə tutulmuş cərrahiyyə əməliyyat blokları üzrə sərfiyyat mallarının alınmasına 1 milyon 26 min 617,7 manat vəsait ayırıb.

Bununla əlaqədar isə “Paşa-K” Firması ilə müqavilə imzalayıb.

Qeyd edək ki, “Paşa-K” Firması 2004-cü ildə dövlət qeydiyyatına alınıb. 2 manat nizamnamə kapitalı olan şirkətin qanuni təmsilçisi Rzayev Elxan Abduləli oğludur.

Nizamnamə kapitalı 57000 olan “Avromed Company “ QSC- nin qanuni təmsilçisi isə İskəndərov Kamran İnqilab oğludur.//teleqraf



REKLAM