sehiyye.info

Qeysəriyyə əməliyyatı hansı halda ödənişli ola bilər? – Ekspertdən açıqlama

Qeysəriyyə əməliyyatı hansı halda ödənişli ola bilər? – Ekspertdən açıqlama

2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib. Sənəddə diqqət çəkən məqamlardan biri İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitin əvvəlki illə müqayisədə xeyli azalmasıdır. Bu isə gələn ildən bəzi tibbi xidmətlərin ödənişli ola biləcəyi ilə bağlı narahatlıqlara səbəb olub. Müzakirə olunan xidmətlərdən biri də qeysəriyyə əməliyyatıdır.

Sehiyye.info xəbər verir ki,mövzu ilə bağlı News24.az-a açıqlama verən səhiyyə eksperti Adil Qeybulla bildirib ki, qeysəriyyə əməliyyatlarının 90 faizi tibbi göstəriş yox, xəstələrin şəxsi arzusu ilə həyata keçirilir:

“Bu hal xəstənin təkidi ilə baş tutur və son vaxtlar çox yayılıb. Dünyanın əksər ölkələrində isə qadınları təbii doğuşa təşviq edirlər".

Ekspert qeyd edib ki, qeysəriyyə əməliyyatı yalnız xüsusi tibbi göstəriş olduqda aparılmalıdır:

“Bəzən doğuşda problem yaranır. Belə hallarda qeysəriyyə vacib olur. Amma xəstənin istəyi ilə bu əməliyyatı etmək düzgün deyil. Buna görə də, bu əməliyyatın icbari tibbi sığorta çərçivəsində qarşılanmaması başadüşüləndir".

Adil Qeybullanın sözlərinə görə, icbari tibbi sığorta doğuşun və təxirəsalınmaz tibbi yardımın xərclərini qarşılayacaq, lakin tibbi əsas olmadan aparılan qeysəriyyə əməliyyatlarının ödənişli olması haqlı yanaşmadır.



REKLAM