sehiyye.info

TƏBİB-in əməkdaşını əri bıçaqladı

TƏBİB-in əməkdaşını əri bıçaqladı

“Həmkarımız, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis əziz Lamiyə ailə-məişət zorakılığına məruz qalaraq, müxtəlif bədən xəsarətləri alıb”.

Sehiyye.info xəbər verir ki, bunu TƏBİB-in ictimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova sosial hesabında paylaşıb.

O bildirib ki, xəsarət ana şəxs bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu ilə çalışdığı Şirvan Rayon Mərkəzi Xəstəxanasında zəruri instrumental-diaqnostik müayinələrdən sonra üzərində cərrahi əməliyyat icra olunub.


Hazırda müalicəsi Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

\Cinayət əməlini törətməkdə şübhəli bilinən Lamiyə Qanbayevanın keçmiş həyat yoldaşı, 39 yaşlı Tural Qanbayevin tutulması istiqamətində tədbirlər görülür. //lent.az

***



REKLAM