sehiyye.info

Müasir dövrdə uşaqların anlamasında geriləmə: səbəblər və həll yolları

Müasir dövrdə uşaqların anlamasında geriləmə: səbəblər və həll yolları
Müasir dövrdə uşaqların anlama və qavrama bacarıqlarında geriləmə müşahidə olunur. Bəs bunun səbəbləri nələrdir?

Sehiyye.info xəbər verir ki,mövzu ilə bağlı big.az-a açıqlama verən psixo-pedaqoq Gülbəniz Seyidova bildirib ki, telefon və planşetlərdən hədsiz istifadə uşaqların diqqət davamlılığını qısaldır və dərin düşünmə, oxuma vərdişlərini zəiflədir:

.
"Uşaqlarda oxuma mədəniyyətinin azalması da ciddi problemdir. Kitab oxumaq yerinə ekran qarşısında vaxt keçirmək söz ehtiyatının və anlama bacarığının zəifləməsinə səbəb olur. Bu isə qaçınılmaz olaraq uşaqların qavrama qabiliyyətinə təsir göstərir. 3 yaşına qədər uşaqları texniki vasitələrdən uzaq tutmaq vacibdir", – deyə mütəxəssis əlavə edib.
Müasir dövrdə uşaqların anlamasında geriləmə: səbəblər və həll yollarıGülbəniz Seyidova həmçinin vurğulayıb ki, ailə içi ünsiyyətin azlığı və valideynlərin məşğul iş rejimi uşaqların dil və qavrama bacarıqlarına mənfi təsir göstərir. Təhsil sistemində imtahanların test üsulu ilə keçirilməsi də uşaqlarda anlama problemlərini dərinləşdirir.

Mütəxəssis valideynlərə tövsiyə edir ki, uşaqlarını planşet və kompüterdən uzaq tutaraq kitab oxumağa təşviq etsinlər, oxumaq üçün xüsusi saatlar müəyyən etsinlər və sual-cavab əsaslı təhsilə üstünlük versinlər. Ailə içi söhbətlər, mövzu müzakirələri uşaqların qavrama bacarığını gücləndirəcək.

"Uşaqların anlamasındakı geriləmə müasir dövrün problemi kimi görünsə də, düzgün yönləndirmə ilə aradan qaldırıla bilər. Əsas məqsəd uşaqlara bilgi yükləmək deyil, onların düşünmə və sorğulama bacarıqlarını inkişaf etdirməkdir", – deyə Gülbəniz Seyidova qeyd edib.



REKLAM