Ölüm hadisələri təkcə bizdə deyil Türkiyə klinikalarında da baş verir.

Türkiyəyə əməliyyata gedib ölən şəxs Britaniyalı imiş.
Türkiyədə saç əkimi əməliyyatı edilən britaniyalı xəstə əməliyyatdan sonra pisləşərək dünyasını dəyişib.
Sehiyye.info Musavat.com-a istinadən xəbər verir ki, 38 yaşlı kişi İstanbula gedib və bazar ertəsi şəhərin Beşiktaş məhəlləsindəki CİNİK adlı özəl klinikada estetik əməliyyat etdirib.
Beş saat davam edən əməliyyatdan qısa müddət sonra onun vəziyyəti pisləşib və müalicə üçün yaxınlıqdakı xəstəxanaya aparılıb.
İngilis turistin cəsədi yarılma üçün Ədliyyə Tibb İnstitutuna aparılıb və polis onun ölümünü "ehtiyatsızlıqdan adam öldürmə" kimi qiymətləndirərək, hadisə ilə bağlı araşdırma başladıb.
Yerli medianın məlumatına görə, yarılmadan sonra britaniyalının cəsədi Böyük Britaniyaya geri qaytarılıb.