Diş həkimindən məsləhət: uşaqlıqdan bu qidalardan istifadə olunmalıdır

Uşaqlıqdan ağız gigiyenası və möhkəm çənələrin formalaşmasına kömək edəcək bərk qidalardan istifadə olunmalıdır.
Sehiyye.info xəbər verir ki, bu barədə ortodont Yunus Axmurzayev "aif.ru"ya danışıb.
“Uşaqlıqdan bərk qida yeməyi tövsiyə edərdim, bu, uşaqlarda funksional aparat, möhkəm çənələr, düzgün ölçü və qapanma nisbəti formalaşdırmağa kömək edir”, - deyə ekspert bildirib.
Axmurzayev kariyesə qarşı mübarizədə profilaktikanın mühüm rol oynadığına diqqət çəkib.
"Profilaktika həmişə daha ucuz və daha sürətli olur" deyən stomatoloq qeyd edib ki, böyüklərin əksəriyyəti dişlərini lazımi səviyyədə fırçalamır.//publika