Azərbaycanlı ABŞ-da 137 milyon mənimsəyib.

Sevindik Hüseynov ABŞ-da 137 milyon dolları mənimsəyib
ABŞ-ın Kaliforniya ştatında yaşayan Azərbaycan vətəndaşı Sevindik Hüseynov ABŞ dövlətinə qarşı 137 milyon dollarlıq tibbi sığorta fırıldağında ittiham olunaraq saxlanılıb.
İstintaq materiallarına əsasən, Hüseynov saxta tibbi xidmət sənədləri və fakturalar vasitəsilə ABŞ-ın sağlamlıq sistemindən külli miqdarda vəsait mənimsəyib. O, bu müddət ərzində müxtəlif klinika və müəssisələr üzərindən uydurma müalicə prosedurları göstərərək, dövlət hesabına milyonlarla dollar vəsait götürüb.
ABŞ hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, Hüseynov ölkəni tərk etməyə çalışarkən saxlanılıb və hazırda federal istintaq altında saxlanılır.//azadııq