Doğum sancısı başlayan aparıcı canlı yayımda xəbər oxumağa davam etdi

ABŞ-da CBS-nin WRGB kanalında çalışan xəbər aparıcısı canlı yayımda əsl profisionallıq nümayiş etdirib.
Sehiyye.info Sonxeber.az-a istinadən xəbər verir ki, Olivia Jaquith adlı xəbər aparıcısının canlı yayımdan bir az əvvəl doğum sancıları başlayıb. Lakin o, buna rəğmən proqrama çıxıb xəbərləri oxuyub.
.
İş yoldaşları onu xəstəxanaya getməyə razı salmağa çalışsalar da, Jaquith işləməyə davam etməyi seçib. Kanal rəhbərliyi açıqlamasında: "Olivia'nın xəbər oxumağa olan həvəsi və tamaşaçılarımıza bağlılığı həmişə göz qabağında olub. Biz ən kiçik yeni dostumuzu qarşılamaqdan məmnunuq".
Bu hadisə canlı yayımın ən maraqlı anlarından biri kimi tarixə düşdü.