Canlı donordan transplantasiya məqsədilə hansı orqanlar götürüləcək?
Azərbaycanda canlı donordan transplantasiya məqsədilə götürüləcək orqanların siyahısı açıqlanıb.
Sehiyye.info xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunda qeyd edilib.
Qanunda bildirilib ki, canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzinin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər.
Qanun gələn ilin yanvarın 1-dən qüvvəyə minəcək.//report