sehiyye.info

"Valerian", "Korvalol" içmək olarmı?

"Valerian", "Korvalol" içmək olarmı?
Bir çox insan vücudunda yaranan ağrının dərhal qarşısını almaq istəyir. Bu səbəbdən isə ağrının nədən baş verdiyini araşdırmadan ağrıkəsicilərə üz tutur. Bir çoxları isə istifadə edilən tablet və damcıları zərərsiz hesab edirlər.
Xarici mütəxəssislər isə bu barədə həyəcan təbili çalırlar. Belə ki, sadə, bitki tərkibli zənn edilən damcı və ya tabletlər insan orqanizmində böyük fəsadlara yol aça bilər. Belə dərmanlardan biri isə məhz ürək ağrıları üçün istifadə edilən damcı və tabletlərdir.
Ürək ağrıları zamanı "Valerian", "Korvalol" içmək olarmı?
Aparılan araşdırmalara görə, ürək ağrıları böyük fəsadlara yol aça bilər, hətta ölümlə nəticələnə bilər. Bu növ ağrıların bir çox yaranma səbəbi ola bilər. Dərhal belə preparatlardan istifadə etmək doğru addım deyil. Həmçinin aparılan araşdırmalara görə, bitki tərkibli zənn edilən "Korvalol" tipli preparatların tərkibində bir çox güclü kimyəvi maddələr mövcuddur. Bu səbəbdən istifadə zamanı olduqca diqqətli olmaqda fayda vardır.
Yaradacağı fəsadlardan biri isə asılılıqdır. Belə ki, əgər ürək ağrıları həyəcan və ya stressdən qaynaqlanıbsa, bu zaman effektli təsir göstərməsi mümkündür, ancaq bu təsir yalnız o anlıq və ya həmin günlə bağlı ola bilər. Müalicə məqsədilə bu növ dərmanlardan istifadə etmək doğru hesab edilmir, çünki bu dərmanların uzunmüddətli təsiri yoxdur.
Reseptsiz satıldığı üçün əksər insanlar "Korvalol", "Valerian" və s. dərmanları alır. Ancaq bu qəbilədən olan dərmanların heç biri ürək ağrıları zamanı müalicəvi effektə sahib deyildir. Nəticədə, əlamətlər keçə bilər, lakin əsas səbəbin qaynağı aşkar edilmir və getdikcə altda yatan xəstəlik irəliləyir.



REKLAM