Ağır xəstənin heç bir xəstəxana tərəfindən qəbul edilmədiyi iddia edilir
Hacıqabul sakini olan ağır xəstənin heç bir xəstəxana tərəfindən qəbul etmədiyi iddia edilir.
Sehiyye.info xəbər verir ki, xezerxeber-ın məlumatına görə, Hacıqabul rayon sakini, 62 yaşlı Zəminə Məmmədova həm şəkər, həm də ağır böyrək xəstəsidir. Onun vəziyyəti bir ay əvvəl ağırlaşdığı üçün yaxınları onu Hacıqabul Rayon Xəstəxanasına aparıblar. Xəstəxanada isə ilkin müayinə edildikdən sonra xəstənin paytaxta aparılması bildirilib. Yaxınlarının iddiasına görə, Bakıda bir -neçə xəstəxanaya getsələr də, ağırlaşmış xəstə qadını yataq xəstəsi kimi qəbul etməyiblər. Ardınca Şirvan şəhərindəki xəstəxanaya müraciət ediblər, amma yenə də eyni aqibətlə üzləşiblər.
Xəstə qadının məsələsi ilə bağlı TƏBİB-dən “Xəzər Xəbər”ə bildirldi ki, 1962-ci il təvəllüdlü Məmmədova Zəminə Məstan qızı 2023-cü ilin mart ayından etibarən müxtəlif xəstəxanalara müxtəlif şikayətlər üzrə müraciət edib. Həkimlər tərəfindən ona tibbi xidmət göstərilib. Buna baxmayaraq vətəndaşın iddiası araşdırılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.