sehiyye.info

Xərçəngin müalicəsində hansı metodlardan istifadə olunur ?

Xərçəngin müalicəsində hansı metodlardan istifadə olunur ?
Son illər xərçəng xəstəliyindən ölənlərin sayı durmadan artır.Bəs bu xəstəliyin qarşısının alınması üçün hansımüalicə metodlarından istifadə olunur. Təbii ki, dünya mediasında bu xəstəliyin müalicəsi olduğu barədə müxtəlif fikirlər söylənir. Görünən isə odur ki, bu xəstəliyin müalicəsi yoxdur , lakin müalicə sayəsində insan ömrünü bir neçə il artırmaq mümkündür.
Sehiyye.info xarici mətbuata istinadən xəbər verir ki, xərçəngin növləri fərqli olduğu kimi, bu şişlərin insan orqanizminin harasında olması da önəmlidir.
Dünya mediasina görə, müasir həkimlərin ixtiyarında xərçəng hallarında bir çox insanın həyatını xilas etməyə kömək edən geniş müalicə üsulları arsenalı var və bunun mümkün olmadığı hallarda xəstənin ömrünü əhəmiyyətli dərəcədə uzadır və ağrılı simptomları aradan qaldırır.
Hazırda onkoloji xəstəliklərin müalicəsi zamanı bir çox metodlardan istifadə olunur :
Cərrahi müalicə
Kimyaterapiya
Radiasiya terapiyası
Hormon terapiyası
İmmunoterapiya
Məqsədli terapiya
Xərçəngin müalicəsində genetik mühəndislik

Onkoloq həkimlər şişin növü, yeri, mərhələsi, xəstənin sağlamlıq vəziyyəti və xəstəliyin gedişatının xüsusiyyətlərinə əsaslanaraq xərçəng müalicəsi proqramı hazırlayır. Xəstə ilə onkoloqlar, terapevtlər, kemoterapistlər, radioloqlar, anestezioloqlar, psixo-onkoloqlar, reabilitasiya mütəxəssisləri və onkoloji cərrahlar daxil ola biləcək bir mütəxəssis qrupu işləyir.



REKLAM