Bakıda: qısqanc qadın ərini çarpayıdan yıxıb öldürdü
Oktyabrın 24-də saat 8 radələrində Xətai rayonu ərazisində 38 yaşlı Hacı Mahmudovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Xətai rayon Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, araşdırma zamanı 37 yaşlı Raidə Mahmudovanın birgə yaşadıqları mənzildə aralarında yaranmış mübahisə zamanı əri Hacı Mahmudovun baş nahiyəsinə küt alətlə zərbələr yetirməsi və çarpayıdan yerə itələməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Raidə Mahmudova iş üzrə şübhəli şəxs qismində tutulub.//lent.az