sehiyye.info

Bakıda qadın övladının yeməyinə zəhər qataraq öldürdü

Bakıda qadın övladının yeməyinə zəhər qataraq öldürdü
Bakıda qadın bir yaşlı övladını yeməyinə zəhər qataraq öldürüb.

Sehiyye.info xəbər verir ki,bu barədə Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.

Sentyabrın 9-da Suraxanı rayonu Hövsan qəsəbəsində 2021-ci il təvəllüdlü uşağın ölməsi barədə Suraxanı rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İş üzrə istintaq davam edir./\axar.az



REKLAM